Müxalifətin radikallaşmasının sirri
12:25 24-09-2013
CƏMİYYƏT
Müxalifətin radikallaşmasının sirri
Cəmil Həsənlinin namizədliyi ləğv olna bilərmi?
Seçki gərginliyi get-gedə artır. Artıq teledebatlar kifayət qədər ajiotaj yaradıb və son debatlardan birində Hafiz Hacıyevlə Cəmil Həsənlinin qarşılıqlı ittihamları demək olar ki, bütün etik qaydalar pozuldu. Bununla bağlı MSK hər iki namizədə xəbərdarlıq etdi. Amma deyəsən məsələ bununla bitməyəcək. Çünki müxalifətin son mitinqində yenə də kifayət qədər sərt ittihamlar səsləndirildi.
Maraqlıdır, bu prosesi durdurmaq üçün hansı addımlar atıla bilinər. Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın namizədi Cəmil Həsənlinin ötən gün keçirdiyi təbliğat-təşviqat mitinqində baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq. Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.S. Novruzov qeyd edib ki, ötən gün keçirilən mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozub, hətta bundan xüsusi zövq aldıqlarını da nümayiş etdiriblər: "Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanlarını sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma maksimum 1000-1500 nəfər olardılar. Əksəriyyəti özlərinin qohum əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi.Diqqət çəkən isə o idi ki, çıxış edən hər bir kəs Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar. Aydın görünürdü ki, çıxış edənlərin hər biri seçki ərəfəsində təxribat yaratmaq istəyir. Çıxışlarda söyüşlər, əxlaqa zidd çağırışlar yer alırdı ki, bu da Seçki Məcəlləsi və digər qanunvericiliklə tamamilə qadağandır. Eyni zamanda mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq, yürüş və sair çağırışlarla xüsusi provokasiya hazırlanırdı. İstəyirdilər ki, polis onlara müdaxilə eləsin, təxribat yaransın. Bunu ora toplaşan, gənclərdən ibarət təxminən 50 nəfərlik qrup edirdi. Bütün bunlar bir daha sübut etdi ki, dünənki mitinq tamamilə təxribat xarakterli idi". YAP funksioneri deyib ki, sadaladıqları faktların hamısı qeydə alınıb: "Xüsusilə də mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. MSK da buna görə bilavasitə cavabdehlik daşıyır". Ekspertlər hesab edir ki, seçki məcəlləsinə müvafiq olaraq hətta Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər. Hüquqi baxımdan buna tam imkan var. Amma məsələnin siyasi tərəfinə görə MSK hələ ki, konkret addım ata bilmir. Çünki Cəmil Həsənlinin namizədliyinin ləğvi faktiki seçkilərin müxalifətsiz keçməsinə gətirib çıxarar ki, buda Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna böyük zərbə olacaq. Elə müxalifətdə bunu yaxşı bilir və bu səbəbdən radikallıq get-gedə artırılır. Son aksiyada buda aydın oldu ki, seçki texnoloqları mitinq çıxışçılarını məhz radikallığına görə seçirlər. Elə İsgəndər Həmidovunda aksiyaya qatılması və etik normalardan kənar həddə çıxış etməsi də buna təsdiqdir. Ekspertlər hesab edir ki, hakimiyyət sadəcə dözümlülük nümyiş etdirməli və problemin hüquqi yolla həllinə cəhd etməməlidir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33