Müxalifətin mitinq məğlubiyyəti
12:26 24-09-2013
CƏMİYYƏT
Müxalifətin mitinq məğlubiyyəti
Bəzi liderlər tribunaya buraxılmadı, Milli Şurada ara qarışdı
Milli Şuranın gözlənilən aksiyası baş tutdu. Seçkilərə hesablanmış mitinqə rəsmi icazə verilmişdi və bu müxalifətə öz gücünü göstərmək üçün bir şans idi. Amma aydın oldu ki, hətta icazəli aksiyaya belə müxalifət lazimi qədər güc toplaya bilmədi. Müşahidəçilərin sözlərinə görə aksiya yenə də əsasən Müsavat və AXCP üzvlərindən təşkil olunmuşdu.
Bunu da vurğulayaq ki, əsasən müsavatçılar aksiyada üstünlük təşkil edirdi və bununda anlamı o idi ki, Milli Şurada əsas güc məhz Müsavat partiyasındadır. Diqqəti cəlb edən başqa bir nüans isə bu oldu ki, ötənlərdən fərqli olaraq bu dəfə gənclərin aktivliyi də müşahidə olunmadı. Bu isə sübutlayır ki, gənclər Cəmil Həsənlinin qələbəsinə inamsızdılar.Qeyd edək ki, hələ vahid namizəd Rüstəm İbrahimbəyov olanda gənclər daha inamlı idilər. Amm Rüstəm İbrahimbəyovun bütövlükdə cəmiyyəti aldatmasından sonra bu aktivlik sıfırlandı. Nəticə etibarı ilə də aksiyada artıq gənclərin aktivliyi müşahidə olunmur. Müxalifətin məlum mitinqində baş verən başqa bir olay isə müxalifət daxilində ki, durumu çılpaqlığı ilə ortaya çıxartdı. Aydın oldu ki, Milli Şura daxilində parçalanma davam edir və demək olar ki, bu təşkilatda doğmalarla ögeylər problemi yaşanır. Belə ki, aydın oldu ki, Cəmil Həsənli İsa Qəmbərlə Əli Kərimlinin əhatəsindədir və digər güclər hələ ki, onlara təsir edə bilmirlər. Belə olmasaydı KAXCP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Temirxan və ACP sədri Sülhəddin Əkbər tribunadan belə kənarda qalmazdılar. Xatırladaq ki, hələ bir neçə ay öncə bu qüvvələrlə AXCP və Müsavat arasında problemlər başlanmışdı və açıq şəkildə AXCP və Müsavat bu qüvvələri hədəfə almışdılar.Hətta buna görə bir sıra partiyalar MilliŞuranı tərk etməklə bağlı addımlarda atdılar. Amma Cəmil Həsnlinin məsələyə müdaxiləsindən sonra proseslər nisbətən səngidi. İndi isə aydın olur ki,əslində parçalanma prosesi davam edir və yaxın günlərdə bunun nəticələrini görəcəyik. Apardığımız müşahidələr zamanı məlum oldu ki, müxalifətin seçki ilə bağlı fərqli platforması yoxdur və ötən seçkilərdə olduğu kimi bu seçkilərə də hazırlıqsız başlayıblar. Çünki ortaya nə bir fərqli şüar çıxarıldı, nə də yeni nə isə deyilmədi. Diqqəti cəlb edən başqa nüans isə bu oldu ki, artıq bitərəf ziyalıları aksiyada görmədik. İlk zamanlarda xeyli sayda bitərəf ziyalı müxalifət düşərgəsinə meyillənmişdi və hesab edilirdi ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli imzalarına görə bu ziyalıların sayı daha da artacaq. Amma deyilənlər özünü doğrultmadı. Məlum oldu ki, ziyalılar artıq bu düşərgədən kənarlaşıb və meydanda Cəmil Həsənlinin ətrafında ziyalı ordusu yox sadəcə olaraq İsa Qəmbərlə Əli Kərimli dayanır. Bunu da qeyd edək ki, bu mitinq seçki mitinqi idi və gözlənilirdi ki, siyasi partiyalılığı olmayan vətəndaşlarında iştirakı alınacaq ki, sonradan bunlar sosial baza rolunu oynayacaqlar. Amma buda özünü doğrultmadı. Aksiya sadəcə olaraq bir neçə partiyanın üzvlərindən təşkil edildi. Beləliklə son aksiyanın təhlili də sübut edr ki, müxalifət cəmiyyətin maraqlarını təmin edə bilmədi və seçkiləri bəri başdan uduzdular.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12