Ələkrəm Hümmətovun erməni sevgisi
12:27 27-09-2013
CƏMİYYƏT
Ələkrəm Hümmətovun erməni sevgisi
O, talış separatizmini dəfn etdi
"Talış xalqı öz milli dövlətinin yaranmasını arzulayır və Talış Milli Hərəkatı bu istiqamətdə fəaliyyət göstərir".Bu bəyənatı Vətənə xəyanət maddəsi ilə cəzasını çəkmiş və Azərbaycandan deportasiya olunmuş separatçı Ələkrəm Hümmətov Dağlıq Qarabağa səfəri zamanı deyib.Xankəındində separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "parlament sədri" Aşot Qulyanla görüşən Ə.Hümmətov "iki xalqın dost münasibətlərə malik olduğunu və son illərdə bu dostluğun unudulduğunu" bildirib.
Görüş zamanı Ə.Hümmətov rəhbərlik etdiyi təşkilatın Dağlıq Qarabağla əməkdaşlığını genişləndirmək istədiyini bildirib.Özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan etmiş Əlikram Hümbətov ötən gün Ermənistanda Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib. O, azərbaycanca suala cavab verməkdən imtina eib.Maraqlıdır Ələkram Hümmətovun bu addımları talış xalqı tərəfindən necə qəbul olunacaq və Ermənistan bu faktordan istifadə edə biləcəkmi? Öncəliklə gəlin Ermənistanda Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılması məsələsinə baxaq. Müşahidəçilər də təsdiqləyir ki, bu gün Ermənistanda bir nəfərdə olsa talış ailəsi yaşamır. Ümumiyyətlə sovetlər dövründə də talışlar Ermənistanda yaşamayıb və hansısa ailələr təyinat alaraq bir müddət Ermənistanda məskunlaşıblar. Bu ailələr isə Dağlıq Qarabağ olayları baş verən zaman azərbaycanlılarla birlikdə oranı tərk ediblər və Dağlıq Qarabağ savaşında ermənilərə qarşı talış xalqı ciddi savaş aparıb. Belə olan halda Yerevanda talışşünaslıq magistr proqramının yaradılması başa düşülən deyil. Deyilə bilinər ki, ermənilərin özləri burda təhsil ala bilərlər. Amma buda inandırıcı deyil. Çünki talış dili beynəlxalq dillər qrupuna daxil deyil ki, hansısa erməni bundan istifadə edərək bu sahəyə maraq göstərsin. Nir haldakı bu gün Azərbaycanın özündə talış gəncləri daha çox azərbaycan dilinə maraq göstərir, onda hansısa erməninində bu sahəni tədqiq etməsi o qədər mümkünsüzdür.Ehtimal oluna bilər ki, talışların özləri o ali məktəbdə təhsil almağa maraq göstərə bilər. Buda sadəcə olaraq mümkünsüzdür. Çünki talış xalqı özünü Azərbaycanın tərkib hissəsi kimi görür və bu toplumu ermənilərə yaxınlaşdıracaq heç bir səbəb yoxdur. Əlikram Hümbətova gəldikdə isə hesab edilir ki, o bunun bir siyasi oyun olduğunu bilir. Amma həm də ona görə belə bir addım atır ki, bu səfərə görə erməni lobbisindən kifayət qədər pul alıb, digər tərəfdən isə onun Azərbaycana bir nifrəti var və bu nifrəti siyasiləşdirmiş şəkildə gündəmə gətirməyə çalışır. Amma ümumilikdə götürəndə ekspertlər hesab edir ki, Ələkram Hümmətovun bu addımı onun özünə qarşı nifrət yaratdı. Bu gün Azərbaycanda Ələkram Hümmətova az-çox simpatiya bəsləyən müəyyən qruplarda vardı və hesab edirdilər ki, Ələkram Hümmətova qarşı haqsızlıq olub. Amma bu gün Ələkram Hümmətovun Ermənistana getməsi bu qruplarıda çaşqın duruma saldı və Əlikram Hümbətova olan inamları bir dəfəlik sıradan çıxdı. Hesab edilir ki, Əlikram Hümbətovun bu səfəri Talış-Muğan Respublikası ideyasını da bir dəfəlik dəfn etdi. Elə sin bir neçə gün ərzində talış toplumundan olan ziyalılar verdikləri açıqlamalarda bunu təsdiqləyir. Bunu da qeyd edək ki, artıq azərbaycanda talış separatizmi yox dərəcəsindədir və Ələkram Hümmətov bu separatizmi bilmədən bir dəfəlik dəfn etdirdi.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49