Dağıdılmış divarlar və o divarları yenidən danışdıran qadın... Söhbət Qarabağın küçələrində rənglərlə həyat yaratmağa başlayan rəssam Elmira Məmmədzadədən gedir.
Zəngilanda inzibati binalara çəkdiyi sənət əsərləri ilə tanınan rəssam Elmira Məmmədzadə "Unikal"ın əməkdaşları ilə həmsöhbət olub.
Rəssamlığa uşaqlıqdan maraq göstərdiyini qeyd edən Elmira bildirib ki, Qarabağda çalışmaq onun ən böyük arzusudur.
"O torpaqlarda işləmək, sənətimi Qarabağa həsr etmək. Heç gözləmədiyim bir anda təklif aldım. Bu, mənim üçün böyük şans idi. Zəngilanın Ağalı kəndinə dəvət etdilər. İlk dəfə idi belə məsuliyyətli və mənəvi dəyəri böyük bir layihəyə imza atırdım. Orada inzibati binaların üzərində monumental rəsmlər çəkdim. Bu işlərdə çəkilən obrazlar sıradan deyildi. Xudafərin körpüsü üzərində üçrəngli bayraq geyimində bir qız, əllərində torpaq tutan əsgər siluetləri, şəhidlərin ruhunu simvolizə edən kölgələr və divarın bir tərəfində yazılmış “Qarabağ Azərbaycandır!” şüarı.
Mən bu əsərləri çəkərkən heç bir şəhidin üzünü dəqiq təsvir etmədim, çünki bu torpaqlarda canını verən hər bir qəhrəman eyni dərəcədə dəyərlidir. Bütün iş prosesi həm çətin, həm də möhtəşəm idi. 17–18 metr hündürlükdə, günün istisində kran içində saatlarla işləmək isə asan deyildi".
Müxbir: Gülayə Mecid
Video: Turqut Sultun





.jpg)
.jpg)

























.jpg)























