Cəmil Həsənlinin ABŞ sevgisi
11:00 06-11-2013
İQTİSADİYYAT
Cəmil Həsənlinin ABŞ sevgisi
Bu səfər heç nəyi dəyişmək gücündə deyil
Prezident seçkiləri sona çatdı və nəticələr haqqında mübahisələr davam etməkdədir. Bu dəfə söhbət müxalifətin hələdə beynəlxalq təşkilatlara ümidli yanaşması və seçkilərin nəticələrinə təsir etmə həvəsi ilə bağlıdır. Belə ki, əksər Avropa ölkələri seçkilərin nəticələri ilə bağlı təbrik məktubları göndərsələrdə,ABŞ-dan hələ ki, səs gəlmir və Avropa Parlamenti ilə ATƏT-in bir təşkilatı seçkilərin nəticələri ilə bağlı ikibaşlı mövqe sərgilədilər.
Görünür buna ümid edən müxalifət məhz bu qüvvələrlə əməkdaşlığa maraq göstərir. Nəticədə isə Milli Şuranın vahid namizədi Cəmil Həsənli ABŞ-a səfərə hazırlaşır. Səfər zamanı onun bir neçə dövlət məmuru ilə də görüşməsi planlaşdırılır. Maraqlıdır, Azərbaycan müxalifətinin hələ də xaricdən nə isə gözləməsinin bir mənası varmı? Gəlin öncəliklə Cəmil Həsənlinin səfərinin mahiyyətinə baxaq. Bir neçə gün öncə dövrü mətbuatda belə bir məlumat yayıldı ki, Cəmil Həsənli Türkiyəyə gedib və baş nazirin müavini səviyyəsində qəbulda olub. Amma sonradan aydın oldu ki, əslində Cəmil Həsənli seçkilərə görə yox, bir tarixçi kimi Türkiyəyə dəvət alıbmış. Və baş nazirin müavini də həmin toplantıda iştirak edibmiş. Müzakirə mövzusu isə sadəcə olaraq türkdilli dövlətlərin tarixlərinin araşdırılması olub. Amma Azərbaycanda bu elə bir şəkildə təqdim olundu ki, sanki Türkiyə höküməti Milli Şuraya dəstək verməyə hazırlaşır. Halbu ki, seçkilər sona çatmamışdan öncə prezident İlham Əliyevi qələbə münasibəti ilə Türkiyənin prezidenti və baş naziri təbrik etmişdi. Deməli yazılanlar sadəcə olaraq ölkədaxilində cəmiyyətə hesablanıb və kökündə heç bir siyasi gerçəkliklər yoxdur. İndi isə qarşıda ABŞ səfəri var. Bildirilir ki, bu səfərdə əslində Cəmil Həsənlinin ixtisası ilə, yəni tarixlə bağlıdır və çox böyük ehtimalla hansısa universitetdə mühazirə oxuyacaq. Bundan öncədə Cəmil Həsənlinin xarici ölkələrdə mühazirələr oxuduğu fakt idi. Amma səfər ərzində o bir neçə məmurlada görüşə bilər və bunun ABŞ siyasətinin formalaşmasına heç bir təsiri olmayacaq. Çünki Cəmil Həsənlinin görüşəcəyi şəxslər sadəcə olaraq onu dinləmək gücündə ola bilərlər. Onda məsələnin başqa tərəfinə baxaq. Bəs, ABŞ bundan sonra hansı xətti tuta bilər? Ekspertlər hesab edir ki, istər ABŞ olsun, istərsədə digər qərb dövlətləri,bir məsələyə xüsusi diqqət ayırırlar. Seçkilərin nəticəsindən aslı olmayaraq toplu kimin tərəfindədir və iqtidara qarşı bir toplum müqaviməti olurmu? Əgər bu keyfiyyətlər olursa kənar güclər bundan yararlanmağa çalışır. Azərbaycanda isə prezident seçkiləri sona çatdı və aydın oldu ki, cəmiyyət reallıqla razılaşır və hər hansı müqavimətdən danışmağa dəyməz. Müxalifət isə seçkilərdən sonra iki dəfə mitinq keçirtdi və əhalini aktivləşdirə bilmədilər. Belə olan halda kənar qüvvələr Azərbaycanda nələr edə bilər ki? Həmçinin,hazırda dünyada baş verən proseslər, Rusiyanın regionu tam nəzarətinə götürməyə çalışdığı bir vaxtda istər Avropa, istərsə də ABŞ regionda süni şəkildə hansısa gərginliyi yaratmaqda maraqlı ola bilər. Həm də ona görə ki, bu gün Azərbaycan müxalifəti hazırki hakimiyyətə alternativ gücdə deyil və müxalifətin süni şəkildə şişirdilməsi bir xaotiklik yaradar. Sirr deyil ki, Misirdə, Tunisdə süni şəkildə inqilablar yaradıldı və sonunda aydın oldu ki, bu ölkələrin müxalifətləri ölkəni idarə etmək gücündə deyillər və indiyə qədər bu ölkələrdə hərbi qiyamlar olur və gündə onlarla şəxs qətlə yetirilir. Çünki ölkədə real güc, keçmiş hakimiyyətə alternativ qüvvə yoxdur. Bu isə kifayət qədər ciddi məsələdir. Bütün bunları nəzərə alaraq demək olar ki, Cəmil Həsənlinin ABŞ səfəri heç nəyi dəyişmək gücündə deyil və yaxın zamanlarda istər ABŞ-Azərbaycan münasibətləri, istərsədə qərblə əməkdaşlıq problemləri öz həllini tapacaq. Bunu da qeyd edək ki, ABŞ-in Azərbaycandakı səfiri bəyan etmişdi ki, mövcud hakimiyyətlə əməkdaşlıqda ABŞ rəhbərliyi maraqlıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25