Mingəçevirdə mübahisə zamanı kərpiclə 60 yaşlı kişinin başını yarıblar.

"Unikal"ın  məlumatına görə, hadisə Energetiklər küçəsində baş verib. Belə ki, mübahisə zamanı 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun baş nayihəsinə kərpiclə xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov