Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə hadisə yerindən qaçıb.
"Unikal" "Report"a istinadən xəbər verir ki, Anar Əzizovun psixoloji problemlərinin olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən A.Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.
İlkin məlumata görə, A.Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, S.Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Qanlı hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



























.jpg)




.jpg)





















