İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Ramat David bazasını bir neçə ballistik raket və dronlarla hədəfə alıb.

"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, bu əməliyyatda istifadə edilən raketlər "Xeybər-Şakan" ballistik raketləridir.

Raket SEPAH-ın Aerokosmik Qüvvələrinin bərk yanacaqlı ballistik raketidir.

Bu raketin mənzili 1450 km, çəkisi 4500 kq və uzunluğu 10 metrdir. İslam İnqilabı Keşikçiləri Korpusunun unikal xüsusiyyətlərinə malik üçüncü nəsil uzunmənzilli raketlərindən biridir. Bu raket eniş mərhələsində raket qalxanından keçmək üçün manevr qabiliyyətinə malikdir.

Raketin buraxılış platformasında istifadə olunan texnologiya (DRU texnologiyası) sayəsində hədəfə doğru buraxılması üçün lazım olan vaxt digər raketlərlə müqayisədə altıda bir qədər azaldılıb və raketin hazırlanması və atış prosesi təxminən 20 dəqiqəyə başa çatdırıla bilər. 

Ağarza Elçinoğlu