Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun 2026-cı il parlament seçkilərinin nəticəsində "Vətəndaş Müqaviləsi" Partiyasının qalib gəldiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Paşinyan partiyanın təkbaşına hökumət quracağını bəyan edib: "Seçkilərdə iştirak edən bütün Ermənistan Respublikasının vətəndaşlarına təşəkkürümü bildirirəm. 2021-ci illə müqayisədə daha çox sayda vətəndaşdan etimad səsi aldıq.
Ermənistan Respublikasının vətəndaşları dövlət, müstəqillik, gələcək və sülh uğrunda ayağa qalxdılar.
Bu, Ermənistan Respublikasının davamlılığını və inkişafını mütləq təmin edəcək tarixi bir qələbədir. Bizdə davamlı və institusional sülh olacaq".
Ağarza Elçinoğlu








.jpg)



































.jpg)












