ABŞ-nin keçmiş prezidenti Co Bayden xələfi Donald Trampı sərt tənqid edərək onu ölkə tarixinin "ən korrupsiyalaşmış" lideri adlandırıb.

"Unikal" xəbər verir ki,  onun sözlərini "The New York Times" qəzeti sitat gətirib. 

"Bu, Amerika Birləşmiş Ştatları tarixindəki ən korrupsiyalaşmış prezidentdir", - nəşr Baydenə istinadən yazıb. 

Qeyd olunur ki, keçmiş prezident Ağ Evdəki dəyişikliklərə və onun şərəfinə qurumların adını dəyişdirmək üçün davamlı cəhdlərinə istinad edərək Trampı "utancverici boşboğazlıq layihələri"nə görə tənqid edib. O, həmçinin prezidenti Kapitoliyə basqın edənlər üçün 1,8 milyard dollarlıq lizinq fondu yaratmaqda və kriptovalyuta ticarətini manipulyasiya etməkdə günahlandırıb.

Gülayə Mecid