İsrailin hava qüvvələri İran daxilində 20 hədəfi bombalayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin 13-cü Kanalı açıqlayıb. 

Digər tərəfdən, İsrail ordusu vəziyyəti qiymətləndirdikdən sonra Daxili Cəbhə Komandanlığının vətəndaşların sığınacaqları tərk edə biləcəkləri barədə əmr verdiyini, lakin yenə də qurumun təlimatlarına əməl etməli olduqlarını bəyan edib. 

İsrail ordusu daha əvvəl ölkənin müdafiə sistemlərinin hələ də İrandan İsrailə atılan raketləri ələ keçirdiyini açıqlamışdı.

Bundan əlavə, İsrail Ordusu Radiosu bildirib ki, İsrail ordusu İslam Respublikası ilə münaqişənin bir neçə gün davam edəcəyini təxmin edir. Hesabatda bildirilir ki, İsrail ordusu ehtiyatda olan hərbçilərin kütləvi şəkildə orduya çağırılmasına hazırlaşır.

Ağarza Elçinoğlu