"Bizim bölgəmizdə heç kim sionist rejimin (İsrail - red.) hərəkətinin ABŞ ilə əvvəlcədən koordinasiya və əməkdaşlıq olmadan həyata keçiriləcəyinə inanmır".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
Xarici İşlər Nazirliyinin sözçüsü regiondakı hərbi əməkdaşlığa toxunub: "Biz CENTCOM-un hazırda həm müdafiə, həm də hücum sahələrində sionist rejimi ilə tam koordinasiyalı və əməkdaşlıq etdiyinin fərqindəyik. Buna görə də, sionist rejimin Amerika tələblərindən asılı olmayaraq və ya Amerika rəsmilərini alçaltmaq məqsədi ilə cinayət törətdiyi iddiası qəbuledilməzdir.
Amerikanın 10 aprel atəşkəs razılaşmasının tərəfi kimi məsuliyyəti aydındır. Bölgədə nə baş verirsə versin, istər İranın ticarət gəmilərinə hücumlar, istərsə də İsrailin Livandakı hərəkətlərinə görə Amerika birbaşa məsuliyyət daşıyır".
O, regionda artan gərginliyin bütün nəticələrinin ABŞ tərəfindən ödəniləcəyini və anlaşmalar çərçivəsində öhdəliklərin hər hansı bir şəkildə pozulmasının müvafiq cavablara səbəb olacağını bildirib: "Biz Amerika ilə güclü şübhə atmosferində mesaj mübadiləsi aparırıq. Sionist rejimin hərəkətləri Amerika siyasətindən ayrılmazdır. ABŞ-nin ziddiyyətli davranışları və bəyanatları artıq diplomatik prosesi qarışıqlığa salıb və son 24 saatda baş verən hadisələr bu xaotik vəziyyəti daha da pisləşdirəcək.
Ziddiyyətlər, ziddiyyətli davranışlar və onların çaşdırıcı hesab etdiyi ifadələr diplomatik prosesdə kifayət qədər xaosa səbəb olub. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdə xaos vəziyyətini yalnız alovlandıracaq".
Bəqayi həmçinin bildirib ki, silahlı qüvvələr, diplomatik aparat və millətin bütün orqanları milli təhlükəsizliyi və maraqlarını qorumaq üçün istənilən vəziyyətlə üzləşməyə hazırdır: "Məcburi müharibəyə son qoymaq üçün başlayan danışıqların fəlsəfəsi əvvəldən aydın idi ki, ABŞ və sionist rejimi tərəfindən İrana qarşı tətbiq edilən müharibəyə son qoyulsun".
Ağarza Elçinoğlu



















































