İran enerji infrastrukturuna təkrar hücum olarsa, bölgədəki bütün ABŞ və İsrail neft və qaz obyektlərinə qarşı qisas almağa hazırdır.

"Unikal" xəbər verir ki, bu  barədə İran mətbuatı yazıb. 

İranın hədəf siyahısına Yaxın Şərqdə yerləşən Amerika neft və qaz şirkətlərinin obyektlərinin də daxil ola biləcəyi məlumdur.

8 iyun gecəsi İsrail qüvvələri İranın Xuzistan əyalətində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə bir neçə hədəfə zərbə endirib. Cavab olaraq İran İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri İsrailin Hayfa şəhərindəki neft-kimya müəssisələrinə zərbələr endirib .