Rüstəm İbrahimbəyov Milli Şura
sədrliyindən istefasının şərtini açıqlayıb
“Əksər ölkələrdə seçkidən sonra durğunluq hökm sürür. Seçkidə saxtalaşdırma olarsa, müxalifət etiraz edir və sonra durğunluq yaşanır”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu müxalifətin hazırkı durumunu şərh edərkən deyib. E. Şahinoğlunun sözlərinə görə, müxalifət taktikasını müəyyən etməlidir:
“Azərbaycan müxalifəti də bir neçə mitinq keçirdi, seçkinin nəticələrini tanımadığını elan etdi. Həyat öz axarı ilə gedir, reallıqlar var. Müxalifət daha çox beynəlxalq təşkilatlara istinad edirdi. Seçkidən sonra gördük ki, Amerika, Avropanın aparıcı dövlətləri İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi. Onlar da reallığı qəbul etdilər, Azərbaycandakı hakimiyyətlə əməkdaşlığı davam etdirmək lazımıdır.
İndiki durumda, görünür, müxalifət fasilə götürüb. Müxalifət düşərgəsi taktikasını müəyyən etməlidir. Bunun üçün də vaxt lazımdır”.
Politoloqun fikrincə, siyasi partiyalar hər zaman fəallıqlarını artırmalıdırlar. Amma bəzən seçkidən-seçkiyə fəallaşırlar:
“Vətəndaşlarla daim təmasda olmalıdırlar, sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar. Müxalifətin əksər hissəsini birləşdirən Milli Şuradır. Burada da müzakirələr sağlam istiqamətdə getmir. Bir müddət əvvəl bir qrup üzvün Milli Şuradan ayrıldığı açıqlandı. İndi də həmsədrlik institutunun yaradılması ilə bağlı qızğın müzakirələr gedir. Bunun da necə nəticələnəcəyi bəlli deyil. Bütün bunlar müxalifətin hazırkı durumuna ciddi təsir edir. Fikir verirsinizsə, mitinqlərin keçirilməsinə də fasilə verildi. Gördülər ki, mitinqlərin bir nəticəsi olmadı”.
“Müsavat Partiyası rəhbərliyinin fərqli mövqeləri ola bilər. Bu problemləri ancaq Milli Şura özü həll edə bilər. Milli Şurada belə qərara gəlsələr ki, Həmsədrlik İnstitutu özünü doğrultmur, mən istefaya gedərəm və Cəmil Həsənli bizim sədrimiz olar”.
Bunu Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.
R. İbrahimbəyov qeyd edib ki, Milli Şura onun Həmsədrlik İnstitutu ilə bağlı təklifini qəbul etməsə, istefa verməyə hazırdır: “Milli Şura belə bir qərar versə, mən bunu mütləq qəbul edərəm. Çünki heç vaxt öz hədəfimlə siyasətlə məşğul olmaq istəmirdim. Dəfələrlə demişəm ki, məni buna vicdanım, taleyim məcbur edib. Mən doğurdan da, aylarla Bakıda olmuram. Həmsədrlik İnstitutunu ona görə təklif etmişdim ki, Cəmil Həsənli Azərbaycanda, mən də xaricdə Milli Şuranı birgə idarə edək. Milli Şura qərara gəlsə ki, həmsədrlik lazım deyil və yeganə sədr olmalıdır, mənə elə gəlir ki, Cəmil Həsənli bu vəzifəyə çox uyğun insandır”.
R. İbrahimbəyov yaxın vaxtlarda Azərbaycana qayıtmaq fikrinin olmadığını da qeyd edib.
Xatırladaq ki, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli açıqlamasında deyib ki, R. İbrahimbəyov vəzifəsindən istefa verib, Cəmil Həsənlinin Milli Şuranın sədri olmasını irəli sürərsə, bu, ona çox hörmət qazandırar. Onun sözlərinə görə, bu addım indiki şəraitdə Milli Şuranın işini yenidən qurması məsələsində bir başlanğıc və təkan olar.
Bu arada polemikaya çoxdandır ki, susqunluq nümayiş etdirən Vurğun Əyyubda qatılıb. “Müsavat Partiyasında Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı müzakirələr aparılmayıb. Şəxsən mən bu məsələyə etiraz etmirəm”. Bunu açıqlamasında Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. Divan üzvü Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı yaranan fikir ayrılıqlarından danışarkən deyib ki, hər bir Milli Şura üzvü öz fikrini söyləməkdə sərbəstdir:
“Narazılıq olur-olsun. Milli Şura bir adamın istəyi ilə qərar qəbul etmir ki. Hər kəs təklif verə bilər. Milli Şura üzvlərinin verdiyi təkliflər müzakirə olunmalıdır, sonra qərar verilməlidir”.
V. Əyyub qeyb edib ki, Milli Şuranın taleyi ilə bağlı qərar verilməlidir: “Hazırda Milli Şuranın qurum olaraq fəaliyyətini görmürəm. Bu barədə də ciddi müzakirələr aparmaq lazımdır. Milli Şuranın qalmağında maraqlıyıqsa, o zaman fəaliyyət istiqamətləri və formaları, təşkilati məsələlər barədə qərar verməyin zamanıdır”.
Fuad
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40