Hüseynbala Mirələmovun zavodunun sirləri ”Unikal”da
11:28 19-11-2013
İQTİSADİYYAT
Hüseynbala Mirələmovun zavodunun sirləri ”Unikal”da
Deputatla və onun bacısı uşaqları ilə bağlı yeni, eyni zamanda maraqlı iddialar var
Qəzetimizin ötən sayında Qaradağdakı Metal Konstruksiyalar Zavodu ilə bağlı maraqlı məlumatlar dərc olunub. Həmin məlumatlarda bildirilirdi ki, zavod Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişlərini yerinə yetirir və kifayət qədər gəlirli müəssisədir.
Zavodun açılışından bir müddət sonra onun rəhbərliyində gərginliklərin yaşandığını xəbər verərək bildirmişdik ki, nəticədə zavoda rəhbərlik edən Rüfət Sucayevi İlqar Alişanov əvəz edib. “İlqar Alişanov peşəkar mütəxəssisdir və zavodun fəaliyyətinə müsbət şəkildə təsir edir” deyə yazımızda qeyd olunurdu.
Mövzu ilə bağlı “Unikal”ın araşdırmaları Qaradağ Metal Konstruksiyaları Zavodunda hazırda əvvəlki direktor Rüfət və qardaşı Aqşin Sucayevlərin müəyyən payının qaldığını göstərib. Bu qardaşlar millət vəkili, Qaz Emalı Zavodunun keçmiş direktoru, adı indiyədək bir çox qalmaqallarda hallanmış Hüseynbala Mirələmovun yaxın qohumlarıdır. Daha doğrusu, bacısı uşaqlarıdır.
Belə ki, zavodda haqq-hesab məsələlərində müəyyən problemlər aşkarlandıqdan sonra onların bu müəssisə ilə rəsmi bağları kəsilib. Daha doğrusu, müəssisəyə birbaşa nəzarətin Sucayev qardaşları tərəfindən həyata keçirilməsinə son qoyulub. Hazırda onların adı heç bir rəsmi sənədləşmədə keçməsə də, zavodla əlaqələri qalır.
Hüseynbala Mirələmovun isə bu müəssisəyə 6 milyonluq sərmayəni necə yatırdığına dair ilginc iddia var. Bildirildiyinə görə, millət vəkilinin zavoda qoyduğu həmin vəsait onun Qaz Emalı Zavoduna direktor olduğu dövrdə əldə etdiyi külli miqdarda pulların kiçik bir hissəsidir. Mətbuat Mirələmovun rəhbərlik etdiyi dövrdə Qaz Emalı Zavodunda korrupsiya hallarının yayıldığına dair iddialar səsləndirirdi. Baxmayaraq ki, həmin iddialar elə o dövrdə Mirələmov tərəfindən qətiyyətlə təkzib edilirdi.
Hazırda millət vəkili bacısı oğlanlarını himayə etməklə özünün və onların zavoddakı mövcud paylarının saxlanılması üçün əlindən gələni edir.
Onu da deyək ki, bir müddət əvvəl Hüseynbala Mirələmova məxsus Qaradağdakı “1001 gecə” restoranında qanlı olay yaşanmışdı. Olay zamanı deputatın qardaşı oğlu bir nəfəri qətlə yetirmişdi. Bu hadisə ölkədə geniş rezonans doğurmuş, qatil həbs edilsə də, öldürülən şəxsin yaxınları deputatı öz qardaşı oğlunu vəziyyətdən çıxarmaq üçün istintaqa müdaxilə cəhdlərində suçlamışdı.
Çox keçmədən deputatın oğlunun da həmin qanlı olay zamanı restoranda olduğu iddiası səsləndirilmiş, amma çox keçmədən həmin iddia unudulmuşdu. İndi isə belə söz-söhbətlər var ki, məlum hadisə zamanı millət vəkilinin yuxarıda adları çəkilən bacısı uşaqları da orada imiş. Mövzuya qayıdacağıq.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53