Fransa Prezidenti Emmanuel Makron yenidən ictimai yerlərdə günəş eynəyi taxaraq görülüb.
"Unikal" xəbər verir ki, bu dəfə Oman sultanı Heytəm bin Tariq Əl Səidlə görüş zamanı Makron eynəyini çıxarmayıb.
Fransa lideri əvvəlcə çöldə günəş eynəyi taxıb, sonra nümayəndə heyəti ilə görüşüb və onları taxmağa davam edib. Makron rəsmi proqramı davam etdirərək günəş eynəyi taxıb və hətta sənədləri imzalayıb.
"Makron yenidən günəş eynəyi taxıb! Bricittin daha bir şilləsi, yoxsa daha bir həyasızlıq?" deyə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial mediada bildirib.
Bu, Makronun günəş eynəyi stilinin müzakirə mövzusuna çevrilməsi ilk dəfə deyil. O, əvvəllər Davos İqtisadi Forumunun kənarlarında da günəş eynəyi taxaraq peyda olub və bu, mediada və sosial mediada böyük ajiotaj yaradıb. Daha sonra onun şəkli də viral hala düşüb və rəsmi diplomatik mühitdə belə bir aksessuarın uyğunluğu ilə bağlı müzakirələrə səbəb olub.
İddialara görə, bundan əvvəl Makron həyat yoldaşı Bricit Makrondan şiddət gördüyü üçün göyərmiş gözlərini gizləmək üçün eynək taxıb. Hətta Donald Tramp da bu hadisəyə eyham vuraraq makronu ələ salmışdı.
















.jpg)



.jpg)

.webp)



.jpg)

.jpg)
















.jpg)






