Nizaməddin Quliyev iş adamının oğlu Anar Verdiyevlə yanaşı, vəkili Adəm Məmmədovuda həbs etdirəcək
12:29 22-11-2013
İQTİSADİYYAT
Nizaməddin Quliyev iş adamının oğlu Anar Verdiyevlə yanaşı, vəkili Adəm Məmmədovuda həbs etdirəcək
Azərbaycanda bu ilk məmur özbaşınalığının nümunəsidi
Nizaməddin Quliyev kiçik dairədə öz səlahiyyət həddini aşaraq qanunsuz həbs etdirdiyi iş adamı Müqais Verdiyevin vəkili haqqında “Vəkil Adəm Məmmədovun həbs edilməsi üçün göstəriş vermişəm”-deyib Prezident cənab İlham Əliyev keçirdiyi müşavirələrinin birində üzünü rayon icra hakimiyyəti başçılarına tutub açıq mətnlə demişdir: “Rayonlardakı abadlıq-quruculuq işlərinə sahibkarları cəlb edən icra başçıları onların sərf etdiyi pulları qəpiyinə qədər qaytarmalıdırlar.
Ancaq mənə bu barədə məlumatlar çatır ki, icra başçıları sahibkarların xərclədiyi pulları bəzi hallarda qaytarmırlar. Sahibkarları qətiyyən incitmək olmaz.” Bu göstərişləri bütün məmurlar, o cümlədən quruculuq-abadlıq işlərini yerinə yetirən rayon icra hakimiyyəti başçıları əldə rəhbər tutaraq öz işlərində ciddi dönüş yarada bilirlər. Ancaq çox təəssüf ki, Prezidentin bu göstərişlərinə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev qətiyyən məhəl qoymur. Biz bu barədə ötən saylarımızın birin də qısada olsa məlumat vermişdik. Verdiyimiz yazıda qeyd etmişdik ki, N.Quliyev sahibkar Müqais Verdiyevin 156 min manat pulunu abadlaşma adı ilə ələ keçirmişdir. Sonradan məlum olub ki, sahibkar rayondakı quruculuq-abadlıq işlərinə 256 min manat pul xərcləyib. Lakin N.Quliyev onun 100 min manatını qaytarıb, qalan 156 min manatı isə həzmi-rabedən keçirib. Yazıda onuda qeyd etmişdik ki, iş adamı, xeyriyyəçi M.Verdiyevin pulunu qaytarmaq istəmədiyinə görə N.Quliyev onu bir bahanə həbs etdirir. Bu azmış kimi N.Quliyev indi də tonlarla çörək kəsdiyi M.Verdiyevin oğlunun da həbsinə nail olmaq istəyir. Onuda qeyd etməyi lazım bilirik ki, N.Quliyev yaxın dostu, silahdaşı, oğlu Ramal Quliyevin “Kapital” Bankın Mingəçevir filalında rəhbər işləyərkən mənimsədiyi 500 min manat pulun müəyyən hissəsini öz şəxsi büdcəsindən verən Müqais Verdiyevi anasının dünyasını dəyişdiyi gün həbs etdirmişdir. Hətta M.Verdiyevə anasını dəfin etməyə belə imkan verməmişdir. Təbi ki, bütün bunlar barədə qısa da olsa məlumat vermişdik və qeyd etmişdik ki, mövzunu diqqətdə saxlayacağıq. Məlum yazıdan keçən təxminən bir ay müddətində xeyli məlumatlar əldə etmişik. Aldığımız məlumatlar bir daha onu deməyə əsas verir ki, Müqais Verdiyev tam qanunsuz olaraq həbs edilib. Araşdırmamız zamanı Goranboy RİH-nin başçısı N.Quliyevin özünü və oğlanlarının bir çox qanunsuz əməlləri ilə rastlaşdıq. Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda həbsdə olan M.Verdiyevin vəkili, tanınmış hüquqşunas Adəm Məmmədovla da sıx əlaqə saxlamışıq və onun vasitəsi ilə də bəzi məqamlara aydınlıq gətirmişik. Adəm Məmmədovla söhbətimiz zamanı elə bildik ki, icra başçısı N.Quliyev əvvəlki yazıdan nəticə çıxardaraq bütün qeyri-qanuni hərəkətlərə son verəcək və Prezident cənab İlham Əliyevin verdiyi göstərişlərin, nəhayət yerinə yetrilməsi ilə məşğul olacaq. Ancaq çox təəssüf ki, N.Quliyevin başı pul qazanmağa və Goranboy əhalisinin başında qoz sındırmağa qarışıb. Ona görə də xalqa xidmət etmək onun əsas missiyası olduğunu unudub, Prezidentin göstərişlərinə əməl etməyib və nəticədə Goranboy əhalsini dövlətdən narazı salıb. Bütün bunlar azmış kimi haqsız yerə tutdurduğu, vaxtilə dostu, sirdaşı olmuş, öz ailəsinin sirrini bölüşdüyü Müqais Verdiyevin oğlunu və vəkili Adəm Məmmədovuda tutdurmaq eşqinə düşüb. Yəni N.Quliyev dəryada balıq sevdasına düşüb. Görün pula hərislik, vəzifə, kürsü gözünü nə təhər tutubsa vəkil Adəm Məmmədovu həbs etdirmək xəyalından keçir. Bununla da N.Quliyev özünü bütünlüklə hədəfə gətirib. Bu, o deməkdir ki, vəkil A.Məmmədov onun tutdurduğu M.Verdiyevin qanunsuz həbs olunmasını subut etdiyindən vəkildən qisas almağı arzulayır. Bizə o da məlumdur ki, N.Quliyev “Göstəriş vermişəm, vəkil də həbs olunacaq” ifadələrini kimlərin yanında deyib. Təbii ki, indiki zamanda onun özünün və oğlanları Ramin və Ramalın bəd əməllərini cəmiyyətə, o cümlədən Prezident Adminstrasiyasının diqqətinə çatdıran bir vəkil N.Quliyevə sərf etmir. Ona görə də gecə-gündüz bütün işini buraxıb vəkil Adəm Məmmədovu həbs etdirmək arzusu ilə alışıb-yanır. Ancaq indidən birmənalı demək olar ki, N.Quliyevin bu arzusu elə arzu olaraq qalacaq.
Hələ nəinki bu arzusu ürəyində qalacaq, hətta Prezident İlham Əliyevin etimadını doğrultmadığı üçün Müqais Verdiyevlə yerləri dəyişiləcək. Aldığımız məlumata görə atasının rayonda soyub taldığı pulları oğlu Ramal Quliyev kef, əyləncə, eyş-işrət məclislərinə xərcləyir. İndi ən maraqlısı odur ki, gözünü açıb atasının həmişə düz yolda olmadığını görən digər oğlu Ramin Quliyev bu yaxınlarda Bakı şəhəri Nərimanov rayon Məhkəməsində hakim kimi fəaliyyətə başlayıb. Görünür belə bir mühüm vəzifəyə onu hakim təyin edərkən Məhkəmə Hüquq Şurasına düzgün məlumat verməyiblər. Axı gözünü açandan atası N.Quliyevin haqsızlıqları ilə əhatə olunmuş, vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi yerlərdə günahsız insanların tutdurulmasını görmüş Ramin Quliyev hakim kimi necə ədalətli ola bilər? Bu məsələni aidiyyəti qurumların ixtiyarına buraxırıq. İndi gələk N.Quliyevin vəkil A. Məmmədovu həbs etdirmək istəməsinə... Vəkil Adəm Məmmədov söhbətində bildirdi ki, bəli, belə bir fakt var: “Müdafiə etdiyim və Nizaməddin Quliyevin günahsız olaraq həbs etdirdiyi Müqais Verdiyevin heyfini başçı məndən almaq istəyir. Bu məqsədlə üzvü olduğum Azərbaycan Respublikası Vəkillər Kollegiyasına N.Quliyev əndirabadi bir məktub da göndərib. Çox qəribədir ki, başdan-ayağa mənə qarşı hədələrlə və təhqirlərlə dolu olan həmin məktubu N.Quliyev icra hakimiyyətinə məxsus blankda yazıb və öz imzası ilə təsdiq edib. Bu isə vəkil kimi N.Quliyevi məhkəməyə verəndə işimi xeyli asanlaşdıracaq. Çünki artıq dəlil, subut toplamağa ehtiyac qalmıyacaq. Görəsən o boyda icra hakimiyyətində bir hüquqşunas tapılmadımı ki, N.Quliyev həmin məktubu məsləhətləşib, sonra göndərəydi. Heç olmasa, təzəcə Nərimanov rayon Məhkəməsinə hakim təyin olunmuş oğlu Ramin Quliyevdən məsləhət alaydı ki, icra başçısı olaraq belə bir məktub yaza bilər, ya yox? Amma Ramin Quliyev də təbii ki, N.Quliyevin oğludur və bu qanunsuzluğu oda görə bilməyəcəkdi. Əslinə qalanda isə, başçı belə bir addım atmamalı idi. Bu məktubu ilə N.Quliyev M.Verdiyevi nahaqdan tutdurduğunu tam subut etmiş oldu. Qeyd edilən işdə isə mənim müdafiə taktikamın düzgün olduğunu N.Quliyev bu məktubu ilə özü də bilmədən təsdiq edib. Buna görə ona təşəkkür edirəm. Belə yerdə deyiblər ki, danış, sənin kim olduğunu öyrənim. Çox təəssüf edirəm ki, Prezident cənab İlham Əliyevin ehtimadını doğrultmayan, əksinə, Goranboy əhalisini qəsdən dövlətdən narazı salan N.Quliyev kimi belə bir kadr hələ də vəzifə başındadır. Sonda onuda qeyd edim ki, mənim həbs olunmağımı N.Quliyevə məsləhət verən oğlu, təzəcə hakim təyin olunmuş Ramin Quliyevdir. Əgər hakim kimi R.Quliyev siftəsini belə qanunsuzluqla başlayıbsa, onda gələcəyi “çox parlaqdır” və yazıqlar olsun ona işi düşən vətəndaşlara. Yəqin ki, Məhkəmə Hüquq Şurasıda gənc hakimin bu “bacarıqlı” işinə hüquqi qiymət verəcək. O ki, qaldı məni həbs etdirmək məsələsinə, N.Quliyevə məsləhət görərdim ki, gördüyü yuxulara o qədər də əhəmiyyət verməsin. Mən prinsipial bir vəkil olaraq həmişə qanunun aliliyni rəhbər tutmuşam və bu qanunlarla da müdafiə etdiyim Müqais Verdiyevin həbsdən azad edilməsinə nail olacağam, həmçinin bu işdə günahı olanların da cəzalandırılmasına var qüvvəmlə çalışacağam”. Biz də öz tərəfimizdən qeyd etməyi vacib bilirik ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısı N.Quliyevin iş adamına qarşı bu münasibəti Prezident İlham Əliyevin göstərişlərinə daban-dabana ziddir. Hər yerdə sahibkarlara qayğı göstərildiyi halda, N.Quliyev bir vaxtlar dostluq etdiyi iş adamı, xeyriyyəçi M.Verdiyevin 156 min manat pulunu ələ keçirib, özünü də həbs edirməsi heç bir çərçivəyə sığmır. Belə yerdə deyiblər “Malını da yeyərəm,
hələ basıb gözünü də çıxardaram” . M.Verdiyevin o qədər pulunu ələ keçirdiyi bəs deyilmiş, hələ özünü də həbs etdirir, üstəlik də oğlunu və vəkili də həbs etdirmək niyyətindədir. Amma belə niyyətlərin çoxusunun öz sahibinin başında çatladığının da çox şahidi olmuşuq. İnanırıq ki, bu işdə də haqq naziləcək, amma üzülməyəcək. Bunu da qeyd edək ki, Nizaməddin Quliyev vəkildən öncə, Müqayis Verdiyevin oğlu Anar Verdfiyevi həbs etdirmək üçün Bakıya belə gəlib. Bakı səfərindən sonra Anar Verdiyev məhkəməyə verilib və gələn həftə bütün güclərini sərf edərək iş adamının oğlunu həbs edəcəklər. Tək səbəb isə budur ki, Anar Verdiyev,sən demə prezident seçkiləri zamanı “facebook” sosial şəbəkəsində “Bitərəf gənclərin İlham Əliyevə dəstək” qrupu yaradıbmış. Və bu gün belə bir iş görən gənc Anar Verdiyevin azadlıqda qalaraq,atasını müdafiə etməsi Nizaməddin Quliyevi qorxudur. Mövzunu davam etdirəcəyik.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53