2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

"Unikal" xəbər verir ki, turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Fransa qapısında daha bir qol görüb. 58-ci dəqiqədə Pedro Porro hesabı 2:0 edib.

Oyun bu hesabla başa çatıb və İspaniya adını finala yazdırıb.

İspaniya finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Fransa isə cütün məğlubu ilə 3-cü yer uğrunda görüşə çıxacaq.