Dövlət Komitəsinin sədri: "Rusiyadakı azərbaycanlılar belə münasibətə layiq deyillər"
11:14 26-11-2013
SİYASƏT
Dövlət Komitəsinin sədri: "Rusiyadakı
azərbaycanlılar belə münasibətə layiq deyillər"
Nazim İbrahimov: "Azərbaycanlı miqrantlara qarşı yol verilmiş hüquq pozuntuları ciddi araşdırılmalı, onlar haqqında mənfi ictimai rəyin formalaşdırılması cəhdlərinin qarşısı alınmalıdır"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Rusiyada yaşayan azərbaycanlı miqrantların son durumundan danışıb.
Komitə sədri açıqlamasında deyib ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlər olduqca narahatlıq doğurur, bu problemlərin həlli istiqamətində Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirir.
N. İbrahimov bildirib ki, Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayır: "Hazırda qarşımızda duran prioritet vəzifələrdən biri Rusiyada yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini təkmilləşdirmək və Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının güclənməsinə nail olmaqdır. Bu sahədə də müəyyən planlarımız var. Yaranmış problemlərin həllini nəzərdə tutan bütün ideyalar, təkliflər əlbəttə ki, dərindən öyrənilməli, müzakirə olunmalı və həm Rusiyanın maraqlarına, həm də orada yaşayan miqrantların hüquq və azadlıqlarına xələl gətirməyən həll modeli tapılmalıdır. Hər bir ölkə əlbəttə ki, öz qanunlarını özü müəyyən edir və bu qanunların icrasının təmin olunması da onun suveren hüququdur. Lakin bu qanunların həyata keçirilməsi prosesinin miqrantların insan hüquq və azadlıqlarının pozulması halları ilə müşayiət edilməsi də yolverilməzdir. Təəssüf ki, indiki situasiyada biz bu cür halları tez-tez müşahidə edirik. Bu mənada Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə görüşdə söylədiyi fikirləri bölüşürük".
Komitə sədri hesab edir ki, Rusiyada azərbaycanlı miqrantlara qarşı yol verilmiş hüquq pozuntuları ciddi araşdırılmalıdır: "Azərbaycanlılar haqqında mənfi ictimai rəyin formalaşdırılması cəhdlərinin qarşısı alınmalıdır. Azərbaycanlılar belə münasibətə layiq deyillər. Çünki Rusiyanın tarixində, müasir dövrdə iqtisadi, mədəni və ictimai-siyasi həyatında çox mühüm rol oynamış yüzlərlə azərbaycanlının adını çəkmək olar. Digər tərəfdən, azərbaycanlılara qarşı təzyiqlər həm də iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Biz qarşılıqlı şəkildə bütün məsələləri müzakirə edə, problemləri birgə aradan qaldıra bilərik. Bunun üçün hər cür imkan var".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35