İranın Azərbaycandakı səfiri: "Tehran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb"
11:15 26-11-2013
SİYASƏT
İranın Azərbaycandakı səfiri: "Tehran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb"
"Düşünürük ki, Cenevrədə əldə olunan nəticələr müsbət oldu, çünki dünyanın güclü dövlətləri Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında İranın nüvədən dinc məqsədlər üçün istifadəsi hüququnu tanıdı".
Bunu açıqlamasında Cenevrədə İranın nüvə proqramı ilə bağlı keçirilən danışıqlardan sonra əldə olunan nəticələrini şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq, Natanz, Fordo, İsfahan və Bəndər Abbasda yerləşən nüvə obyektləri öz fəaliyyətini davam etdirəcəklər: "Razılaşmanın əldə olunmasından sonra İrana qarşı tətbiq olunan ədalətsiz sanksiyaların aradan qaldırılması bütün regiona və İranın dost ölkələrinin xeyrinə olacaq. Bunun nəticəsində hökumət İranla dost əlaqələrə malik olmaq istəyən dövlətlərlə etimad mühitini yaratmaq niyyətindədir".
Səfir əlavə edib ki, İran heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb: "Biz bütün şübhələri aradan qaldırmaq üçün AEBA ilə əməkdaşlıq etməyə hazırıq. Düşünürəm ki, "altılıq" ölkələrinin qəbul edə biləcəyi ən ədalətli qərar İrana qarşı sanksiyaların aradan qaldırılmasıdır. Birincisi, bu, sanksiyaları qeyri-düzgün və ədalətsiz hesab edən İran xalqının tələblərinə hörmət olacaq. İkincisi, bu, nüvə dosyesinin həmişəlik bağlanması üçün İranla razılaşma əldə olunması istiqamətində böyük addım olacaq".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35