Heydər Əsədovun işçisi qəza törədib qaçdı
12:10 28-11-2013
SİYASƏT
Hadisəni isə qardaşı ört-basdır etdi
Son zamanlar şəhərdə və Azərbaycanın əksər rayonlarında avtomobil qəzalarının sayı dəhşətli həddə çatıb. Orta hesablamalara görə gün ərzində ən azı 3 nəfər maşın qəzasının qurbanına çevrilir.
Məhz buna görədə yol hərəkət qaydalarının pozulmasına qarşı cəzalar kifayət qədər sərtləşdirilib. Amma yenə də müsbət nəticələr əldə etmək mümkün deyil. Bunun bir başlıca səbəbi də odur ki, əksər hallarda qəza törədənlər kifayət qədər maddi imkanları yüksək olan şəxslər və məmur övladlarıdır ki, bununla bağlı hələ bir neçə il öncə prezident İlham Əliyevdə çıxış edərək sərt xəbərdarlıq etmişdi. Bu günlərdə Bakıda baş verən qəzanı törədən və qəza yerindən qaçan isə məmur övladı yox, elə məmur özü olub. “Unikal”a daxil olan məlumata görə Tbilisi prospektində 90 AK 628 dövlət nömrə nişanlı maşın qəza törədərək hadisə yerindən qaçıb. Nömrədən də gördüyünüz kimi maşın xidməti maşındır. Və bununla bağlı redaksiyamıza daxil olan məlumata görə bu maşın Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emil Şahbazova məxsus olub. 70 yaşlı məmurun qəza törədərək hadisə yerindən qaçmasını isə başa düşmək çox çətindir. Yalnız bir ehtimal səsləndirilir ki, görünür qəza törədən məmur içkili olduğundan belə addıma əl atıb. Buda bildirilir ki, sonradan məsələnin ört-basdır edilməsinə Emil Şahbazovun qardaşı, Prezident Admnistrasiyasının rəsmlərindən olan Oqtay Şahbazov dəstək olub.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35