Natiq Əliyevin işçisindən əsaslandırılmamış nikbin qaz proqnozu
11:46 06-12-2013
SİYASƏT
Natiq Əliyevin işçisindən əsaslandırılmamış
nikbin qaz proqnozu
Energetika Nazirliyinin məsul şəxsinin dedikləri arqumentlərlə təkzib edilir
Azərbaycan 2015-ci ildə əmtəəlik qaz hasilatını 20 mlrd kubmetrə çatdırmaq istəyir. Bunu Natiq Əliyevin rəhbəri olduğu Energetika Nazirliyinin investisiya şöbəsinin rəhbəri Ramiz Rzayev öz məqaləsində bildirib.
Rzayevə görə, 2025-ci ildə bu göstəricini 40 mlrd kubmetrə çatdırmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan 2012-ci ildə 17,24 mlrd kubmetr əmtəəlik qaz hasil edib. Bu il bu həcmin 17,5 mlrd kubmetr olacağı gözlənilir.
Amma bu yaxınlarda hökumət büdcə paketində deputatlara məlumat verib ki, 2014-cü ildə Azərbaycanda 27,36 mlrd kubmetr, 2015-ci ildə 27,23 mlrd kubmetr qaz hasilatı nəzərdə tutulub. Hökumət bu həcmi sonradan quyulara vurulan səmt qazı ilə birgə göstərib. 2012-ci ildə Azərbaycanda qaz hasilatı həcmi 26,79 mlrd kubmetr olub. Burdan çıxış etsək, 2015-ci ildə hökumətin proqnozuna görə, ölkədə 18 mlrd kubmetr əmtəəlik qaz çıxarılacq.
Azərbaycan Neft Araşdırmaları Mərkəzində hesab edirlər ki, hasilatı 20 mlrd kubmetrə çatdırmaq üçün, əvvəla (2,5 mlrd kubmetr artım), hazır resurs bazası, ikincisi satış bazarı yoxdur. Elə məhz bütün bu sadalananlar əsasında əminliklə demək olar ki, Energetika Nazirliyinin məmurunun rəsmi mətbuatda verdiyi məlumatlar inandırıcı deyil.
O ki qaldı Natiq Əliyevin nazirliyinin şöbə rəhbərinin hansı səbəbdən belə əsaslandırılmamış proqnozla çıxış etməsini, bunu yəqin ki, onun özü və təmsil olunduğu nazirlikdəkilər daha yaxşı bilərlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53