Politoloq: "Türkiyənin xarici işlər nazirinin Ermənistana səfəri hədsiz mürəkkəb dövrdə baş verir"
12:13 11-12-2013
SİYASƏT
Politoloq: "Türkiyənin xarici işlər nazirinin Ermənistana səfəri hədsiz mürəkkəb dövrdə baş verir"
"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri hədsiz mürəkkəb dövrdə baş verir".
Bunu politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Ermənistan özünü hərraca çıxarıb: "Ermənistan öz üzərində ABŞ və Rusiyanın münasibətlərini gərginləşdirib, İranda özünə ciddi maraq yaradıb. Ə.Davudoğlu və Baş nazir Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə ABŞ və RF-də görüşlər keçiriblər. Azərbaycan Ə.Davudoğlunun Ermənistana səfərinə etiraz etmir".
Politoloq qeyd edib ki, Ermənistanın Türkiyə-Ermənistan yaxınlaşmasını pozmaqda Azərbaycanı günahlandırmağa bəhanəsi olmayacaq. Digər motivasiyalar da istisna deyil: "Ə.Davudoğlunun Ermənistana səfəri "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində dünya ermənilərinin aktivləşməsinə yeni təkan verə bilər. Türkiyə xarici işlər naziri Ə.Davudoğlunun Ermənistana səfərinin bütün formatlarında yalnız bu nəticə alına bilər. Bütün formatlar dedikdə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak məqsədi ilə Yerevana gedəcək Ə.Davudoğlunun Ermənistan Prezidenti və xarici işlər naziri ilə görüşdən nümayişkaranə şəkildə imtinası variantını da nəzərdə tuturuq".
M.Əhmədoğlu deyib ki, Sürix protokollarından sonra Ermənistan və dünya erməniləri "erməni soyqırımı"nın tanınmasında heç bir uğur əldə edə bilməyib. Bunun əsas səbəbi Ermənistanın Türkiyə ilə əlaqəli siyasətinin dünya tərəfindən təslimçilik mövqeyi kimi başa düşülməsidir: "Ermənistan səhv etmişdi, indi Ə.Davudoğlu da Yerevana səfər etməklə səhv edir. Lakin Davudoğlunun səhvi Ermənistanın səhvinin düzəlməsinə xidmət edə bilər".
Politoloqun fikrincə, beləliklə, qalan müddət ərzində ermənilər "erməni soyqırımı"nın 100 illiyi münasibəti ilə "erməni soyqırımı"nın tanınması istiqamətində fəaliyyətlərini xeyli gücləndirəcəklər: "Ermənilərin və onların havadarı ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərində Türkiyənin xeyrinə heç bir dəyişiklik baş verməyib. 3 arqument göstərmək istəyirik: I Sürix protokollarını saxtalaşdıran Ermənistan Konstitusiya məhkəməsi qərarı barədə də rəsmi Yerevanın mövqeyi dəyişilməzdir, bu məsələ unudulub. II ABŞ Dövlət Departamentinin strukturu olan USAİD Ermənistanla Türkiyə arasında əlaqələrin yaranması istiqamətində çoxlu layihələr həyata keçirsə, də layihədə iştirak edən ermənilərdən Türkiyəyə isti münasibət bildirməyi tələb etməyib. Hətta bəzi ermənilərin "erməni soyqırımı"nı təkzibedici fikirləri də USAİD tərəfindən boğulub. III Ermənilər türkləri ləkələmək istiqamətində yeni "kəşflər" edirlər. Məşhur daşnak, Ermənistan parlamentinin deputatı V.Ovannisyan Almaniyaya səfir göndərilir. Hələlik Almaniya aqreman verməyib. Almaniya V.Ovannisyanın terror fəaliyyətində iştirakı ilə bağlı məlumatları yoxlayır. V.Ovannisyanın atası, ailəsi ilə birlikdə uzun müddət Almaniyada yaşayıb və "Azadlıq" radiosunun erməni bölməsinə rəhbərlik edib".
M.Əhmədoğlu bildirib ki, həmin V.Ovannisyan yaxınlarda Almaniyadakı türklərə qarşı görünməmiş həqarətli mövqe ortalığa qoydu: "Guya türk qadınları Almaniyaya gəlir, Almaniyada işə düzəlir, təsadüfi şəxslə cinsi əlaqədən hamilə qalır, Almaniya dövlətindən sosial yardım alır. Həm rahat yaşayır, həm də Almaniyada türklərin sayını artırır. Almaniya türklərin dünyada ən çox yaşadığı ikinci dövlətdir. Ə.Davudoğlu Ermənistana səfəri ilə erməniləri yeni həqarət "kəşfinə" dəstək vermiş olur".
Mehdi
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35