Türkiyədə nazirlər istefaya getdilər
12:52 26-12-2013
İQTİSADİYYAT
Türkiyədə nazirlər istefaya getdilər
Artıq Ərdoğanında istefası tələb edilir
Türkiyədə ki, gərrginlik artıq pik hədinə çatıb. Demək olar ki, ABŞ başda olmaqla əksər güc dövlətləri Ərdoğan hakimiyyətinə qarşı bəyanatlar səsləndirir və demək olar ki, sivil şəkildə hökümətin buraxılmasına işarə edirlər. Üzdür Ərdoğan özünü təmkinli aparmağa və bu yollasda prosesləri ləngidərək öz maraqlarınas uyğunlaşdırmaq istəyir. Amma qarşı tərəf daha sərt xətt tutub və nəticədədə açıq qarşıdurma yaranıb. Ərdoğan Pakistandan qayıdandan sonra da verdiyi mətbuat konfransında özünü təmkinli apardı və bu olayla bağlı heç bir açıqlama vermədi. Əvəzində rüşvət qalmaqalında adı hallanan nazirlər əl-ələ tutaraq güc nümayiş etdirdilər. Amma bu güc sabun köpüyü kimi dağıldı.
Abdulla Gül
vasitəçi rolunda
Bunu da qeyd edək ki, baş nazirdən fərqli olaraq prezident Abdulla Gül məsələyə tamam fərqli baxımdan yanaşdı. Ərdoğan bu işə görə kimləisə ittiham edirdsə, Abdulla Gül sadəcə bəyan etdi ki, cinayətdə əli olanlar bağışlanmayacaq. Bu isə Türkiy cəmiyyətinin istəyinə daha yaxın bir xətt idi. Bunu da qeyd edək ki, Abdulla Gülün indinin özündə də Fətulla Gülənlə xoş münasibətləri var və ekspertlər hesab edir ki, məhz Abdulla gül çalışarsa Ərdoğanla Fətulla Gülün qarşılıqlı ittihamları sona çatar və və bu olaylar sakitləşər. Çox maraqlıdır ki, Öncələr nurçular bu işdə olmadıqlarını bəyasn edirdilərsə, indi açıq şəkildə qarşı tərəf olduqlarını ortaya qoyurlar. Elə Ərdoğan hökümətinə göndərilən son mesajda bunu təsdiqləyir. “Zaman” qəzetinin baş redaktoru Hüseyn Gülərcə son mübahisələrlə bağlı “tvitter”də davanın bitməsi üçün üç şərt irəli sürüb. Fətullah Gülənin sağ əli olaraq tanınan Hüseyn Gülərcə “tvitter”də “üç şərtin qəbulundan sonra müttəfiq ola bilərik”,- deyərək Gülən hərəkatının şərtlərini sayıb:
1) Qanunsuzluğun və korrupsiyanın üstü örtülməməlidir.
2) Bürokratiya paralel dövlət qura bilməz, sivil himayədarlıq qurula bilməz.
3) Bürokratiyada layiqlik birinci olmalıdır. “Bizdən olmayan bizdən deyil” ayrı-seçkiliyi edilməməlidir. Hüququn üstünlüyü əsas götürülməlidir. Hüquqdan kənara çıxmaq olmaz.
Gördüyünüz kimi bu açıq şəkildə Ərdoğan hakimiyyətinə meydan oxumaqdır. Ekspertlər hesab edir ki, Abdulla Gülün dövriyyəyə girməsi ilə hadisələr nisbətən sakitləşə bilər. Amma bunun üçün müəyyən güzəştlərdə olunmalı və bəzi simalar qurban verilməlidir. Və qurbanlar artıq sıraya düzülüb
Nazirlərin
istefası başladı
Belə ki, dekabrın 17-si Türkiyədə baş tutan rüşvət əməliyyatında oğlu həbs olunan nazir Zəfər Çağlayan bu dəqiqələrdə istefa ərizəsini yazıb.Zəfər Çağlaya istefası barədə belə açıqlama yayıb:- "17 dekabr tarixində baş tutan əməliyyatın hökumətimizə, partiyamıza, və öləkmizə qarşı çirkli bir oyun olduğu çox açıq şəkildə ortadadır. Yaxın iş dostlarımın və övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və gerçəklərin ortaya çıxması üçün İqtisadiyyat naziri vəzifəsindən istefa edirəm".
Türkiyənin daxili işlər naziri Müəmmar Gülər də istefa verib. Daxili işlər naziri Muhammer Gülər istefası ilə bağlı bu sözləri deyib: “ 17 dekabr tarixində cənab baş nazirə istefamı söz olaraq bildirmişdim. Bu gün də yazılı olaraq bunu baş nazirə çatdırdım”. Türkiyədə “Böyük rüşvət” əməliyyatı çərçivəsində daha bir nazir istefa verib. “NTV” kanalında canlı yayımda nazir postundan və millət vəkilliyindən istefa verdiyini açıqlayan ətraf mühit və şəhərsalma naziri ona qarşı təzyiqlər olmadığını bildirib.Nazir Ərdoğan Bayrakdar canlı yayımda baş nazir Rəcəb Tayyib Ərdoğanı da istefa verməyə çağırıb.Bu isə onu təsdiqləyir ki, artıq hökümət daxilində ikitirəlikdə yaranıb və hadisələr daha da mürəkkəbləşəcək.
Amma ekspertlər heab edir ki, nazirlərin istefaları cəmiyyətdə yaranmış ajiotajı yumşaltamağa yönəlib. Çünki hökümətin aqrssiv yanaşması heç də birmənalı qarşılanmamışdı. Bununda nəticəsində AKP ciddi reytinq itkisinə məruz qaldı və ana maxalifət hesab edilən Cümhuriyyət Xalq Partiyası reytinqini artırdı. Maraqlıdır, bəs bu olaylar nə ilə sona çatacaq.
Yeni siyasi era başlayır
Ekspertlər hesab erdir ki, Türkiyədə baş verənlər ilk baxışdan cinayət faktı olsa da, əməliyyatın keçirildiyi 17 dekabr tarixindən sonra bu ölkədə yeni dönəmin başlandığını da demək mümkündür. Baş verənlərdə Türkiyənin İranla yaxınlaşması və ABŞ ilə İsrailin buna qarşı önləyici addımı görünür. Bununla AKP-yə “sərhədləri aşma” mesajı verilmiş oldu. Lakin burda camaat əsas vasitəçi rolunu üzərinə götürdü. Son vaxtlar camaat-hökumət qarşıdurmasının daha kəskin vüsət aldığı dönəmdə baş verələr Fətullah Gülən-Ərdoğan müttəfiqliyinə də son verdi. Seçki öncəsi bu hadisələrin yaşanması AKP-nin növbəti hökumətdə koalisiya formasına üstünlük verəcəyi ehtimalını gücləndirir. AKP və camaat müttəfiqliyi artıq başa çatdı. AKP və Gülən icması arasında əlaqələr çoxdan pozulmuşdu və pis vəziyyətdə idi. Misal üçün, 2010-cu ildə İsrail ilə əlaqələrdə tərəflər arasında böhran yaşandı. Camaat AKP-nin və Ərdoğanın İsrailə qarşı siyasətini heç bəyənmədilər. Ondan sonra Gəzi parkı hadisələrində iki tərəf arasında yenə anlaşılmazlıqlar oldu və biabırçılıq yaşandı. Lakin 17 dekabr böhranı çox mühümdür. Bundan sonra Türkiyə siyasi tarixində 17 dekabrın əvvəli və sonrası olacaq. Yəni bu dönüş nöqtəsisayılacaq. Artıq şübhə yoxdur ki, Gülən-AKP ittifaqı tamamilə pozuldu və bunu yenidən təmir etmək, qurmaq mümkün olmayacaq. Bunu da xatırladaq ki, martın 14-də bələdiyyə seçkiləri, avqustun 14-də prezident və bundan sonra iyunun 15-də ümumi seçkilər olacaq. Gələcək seçkilərdə AKP səs faizi, yəni alacağı səslər azalacaq, amma yenə də Türkiyənin birinci siyasi partiyası və siyasi gücü olaraq qalacaq. Bu baxımdan bəlkə də koalisiya hökuməti qurmağa ehtiyac qalmayacaq. əgər bu baş verərsə, camaatın kimə səs verəcəyini indidən demək çətindir. Sonradan bazarlıq ediləcək. Başqa hansı koalisiya və bunun necə olacağını da indidən söyləmək çətindir. CHP lideri Kılıçdaroğlu ABŞ-a gələndə camaat adamları ilə görüşdü. Amma bu, camaat və CHP-nin bir olub yeni koalisiya quracağı demək deyil. Bunun olması çətindir. Çünki CHP-dəki dünyəvilər camaatın dini tərəfinə nifrət edirlər. CHP camaatla koalisiya gedərsə çox adam itirər.
Baş nazir Ərdoğan
Fətullah Güləni və
nurçuları əxlaqsızlıqda
ittiham edib
“Doqquz gündür bir əməliyyat həyata keçirilir. Adına korrupsiya və rüşvət əməliyyatı deyildi, daha sonra tarixin ən böyük korrupsiya əməliyyatı deyildi. İstintaqın gizli aparılmasına baxmayaraq, mediaya davamlı məlumat sızdırıldı. Bizə düşən vəzifə bu orqanları təmizləməkdir. İnsanları ləkələməyə kimsənin haqqı yoxdur”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatlarının rəhbərləri ilə keçirdiyi müşavirədə çıxış edərkən deyib.
R. T. Ərdoğan bildirib ki, hökumətə qarşı bu əməliyyat daxili bir əməliyyat deyil, bunun beynəlxalq miqyası da var: “Gəzi Parkı hadisələrində açıq bir xəyanətə şahid olduq. O zaman hökumətimizin may ayında əldə etdiyi uğurlar hədəf alınmışdı, indi isə kürd probleminin həlli prosesi hədəf alınıb. Bəzi dairələr, qurumlar, mərkəzlər bizə qarşı qurulan bu tələdə maşa kimi istifadə edildilər. Biz bu medianı, bu təşkilatları illərdir çox yaxşı tanıyırıq. Açıq deyirəm: son olay göstərdi ki, Türkiyədə öz dövlətinin deyil, başqalarının mənafeyini düşünən, vətənə xəyanət içərisində olan, başqalarının casusu olan media qurumları və təşkilatlar var. Dövlətin içində təəssüf ki, belələri mövcuddur. Hökumət olaraq biz bunun üzərinə gedirik”.
R. T. Ərdoğan bir daha nurçular hərəkatını və onların lideri Fətullah Güləni nəzərdə tutaraq dövlətin içində qeyri-qanuni paralel təşkilatlanmalar olduğunu vurğulayıb: “Bir hərəkat, bir ideya ən əvvəl əxlaq sahibi olmaq məcburiyyətindədir. Hər yolu mübah görən, hər yolu özlərinə rəva görən bir hərəkat əsla uğur qazana bilməz. Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, komplolarla anılacaq. Kimsənin bu əziz dindən bu cür istifadə etməyə haqqı yoxdur. Bu komplolar Baykala, Dəmirələ, Ərbakana da quruldu. Ən sırt cavabı verməzsək, bənzərləri qurulmağa davam edəcək. Biz bu çirkin əməliyyatdan güclənərək çıxacağıq”.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53