Türkiyədə yeni həbslər gözlənilir
Türkiyədə yeni həbslər gözlənilir

Ərdoğan istefa astanasında

Günü-gündən Türkiyədə ki, proseslər nəzarətdən çıxır. Artıq AKP hakimiyyəti çıxılmaz durumdadır. Bunun qarşılığında isə AKP hökümətinə görünən və görünməyən qüvvələr son zərbəni vurmaq istəyirlər. Görünən qüvvələr ənənəvi müxalifət və Fətulla Gülən tərəfdarlarıdırsa, görünməyən qüvvələrin bir ucu İsrailə, bir ucu isə ABŞ-a qədər gedib çıxır. Elə buna görə də adı çəkilən dövlətlər artıq açıq şəkildə Ərdoğan hökümətini tənqid etməyə başlayıblar. Ərdoğan isə hələ ki, dirəniş göstərir.

Düzdür hökümətin tərkibində ciddi dəyişikliklər etdi. Amma deyəsən bu yetəri olmayacaq.Amma gəlin öncəliklə yeni hökümətin tərkibinə baxaq. Türkiyənin prezidenti ilə görüşən Ərdoğan ona Kabinetdəki dəyişiklikləri təqdim edib. Daha sonra hökumətin yeni tərkibi açıqlanıb. Kabinetdə 10 dəyişiklik olub.
Yeni təyinatlar bunlardır:
Baş nazirin müavini - Emrullah İşler,
Nəqliyyat, rabitə və dənizçilik naziri - Lütfü Elvan,
Ədliyyə naziri - Bəkir Bozdağ
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu,
Elm, sənaye və texnologiya naziri - Fikri İşık,
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə,
Ailə və sosial siyasət naziri - Ayşənur İslam,
Daxili işlər naziri - Efkan Ala
İqtisadiyyat naziri - Nihat Zeybekçi
Amma bu təyinatlar deyəsən heç də duruu stabilləşdirmək gücündə deyil. Çünki artıq Türkiyəni mitinqlər bürüyür və tək tələb hökümətin buraxılması, növbədənkənar seçkilərin keçirilməsidir. Bu isə Ərdoğan üçün ağır zərbə olacaq. Bu biri tərəfdən isə artıq AKP-çilər qorxuya düşüblər və həbsləin ikinci cəbhəsinin açılacağı gözlənilir. Elə Ərdoğan son açıqlamasında da oğlunun belə həbsi ehtimalına toxunub:-"Abdəstindən şübhəsi olmayanın namazından şübhəsi olmaz. Burada Ərdoğanı vurmağa qalxsalar, peşman olarlar. Bunu bildikləri üçün də ətrafımdakı dostlarıma hücuma keçiblər. Oğlumu hədəfə alıblar, TÜRGEV vəqfi ilə bağlı adını hallandırırlar. Nə imiş?! Vəqflə bağlı bir layihədə dəyişiklik müraciəti edib. Bunun üçün bələdiyyəyə getmək suçdur?! Bələdiyyə sədrini "bina tikdirdi, 25 il müddətinə vəqfə kirayəyə verdi" deyərək ittiham edirlər. Sosial işlərlə məşğul olmayan bələdiyyə varmı: Eyni işlər İSTEK, ÇYDD, TEV kimi vəqflər üçün də edildi.Orası tələbə yataqxanasıdır, Bilal Ərdoğanın oteli deyil. Oradan dolaşıb mənə tərəf gəlmək istəyirlər". Bundan başqa Türkiyədə 100 milyard dollarlıq yeni korrupsiya ittihamının detalları açılıb. Polis yeni həbs dalğası üçün sanksiya verən prokurora tabe olmayıb və məlumatlar şübhəlilərə sızdırılıb, araşdırma başladılıb... Türkiyədə dekabrın 25-də həyata keçiriləcəyi bildirilən, lakin polis rəislərinin prokurorlara tabe olmaması üzündən baş tutmayan ikinc rüşvət və korrupsiya həbsləri üçün hansı ittihamların irəli sürüldüyü məlum olub.
Fətullah Gülənə yaxın "Taraf" qəzetinə ötürülən məlumatlarda deyilir ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən hökumətin keçirdiyi 28 tenderlə bağlı 100 milyard dollarlıq korrupsiya, rüşvət, çirkli pulların yuyulması ittihamları ilə dosye hazırlanıb.
İstintaq çərçivəsində 5 nazirliyin, baş nazirin ofisinin məmurlarının və ona bağlı qurumların da adının yer aldığı dosyedə onlarla yüksək vəzifəli məmurun adı var.
İstintaqı "Ergenekon" həbslərinə sanksiya verən prokurorlardan biri Muammer Akkaş aparır. M.Akkaş aralarında siyasətçilər, məmurlar və iş adamlarının da yer aldığı 30-dan çox tanınmış şəxs barəsində həbs sanksiyası verib.Lakin xəbər verildiyi kimi, İstanbul polisinə 17 dekabr həbslərindən sonra yeni təyin olunan şöbə rəisləri bu həbsləri həyata keçirməkdən imtina edib. Üstəlik dosyedə adları keçən şübhəli şəxslərə əməliyyat barədə məlumat sızdırılıb.İstanbul Cümhuriyyət Prokurorluğu məlumatların sızdırılmasına görə İstanbul valisi Hüseyn Mutlu, yeni polis rəisi Selami Altınok və polisin maliyyə cinayətləri şöbəsinin rəisi barəsində araşdırma başladıb.Qəzet bu cinayət işinin bəzi detallarını açıqlayıb. Bunlardan birinə görə İstanbulun Etliler səmtində yeganə boş ərazi olan polis məktəbinin ərazisi dəyəri 1 milyard dollara yaxın olmasına baxmayaraq tender keçirilmədən 460 milyon dollara satılıb. Yaxud özəlləşdirilməsi planlaşdırılan 14 termik mərkəzin AKP-nin rəhbərliyində yer alan siyasətçinin yaxının ortaq olduğu şirkətə satılmaq üzrə olduğu aşkar edilib. Bu arada ana müxalifət partiyasının lideri sərt bəyanatla çıxış edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hökumətin yeni tərkibi ilə bağlı açıqlamasına müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının başçısı şərh verib. Yeni kabinetdə baş nazir köməkçisi vəzifəsindən ədliyyə naziri vəzifəsinə gətirilən Bəkir Bozdağ ilə əlaqədar düşüncələrini bölüşən Kılıçdaroğlu deyib:
"Çox dəqiq və açıq düşüncəm budur: Sui-istifadələri araşdıran polislərə müdaxilə edilməzsə, sui-istifadələri araşdıran prokurorlara müdaxilə edilməzsə, ədliyyə naziri birbaşa olayın məzmununa müdaxilə edəcək cəhdlərdə olmazsa bir problemimiz yoxdur. Amma bunun əlamətləri bu ana qədər heç görülmədi. Hörmətli Bəkir Bozdağ ilə ikimiz də parlamentdə qrup başçı vəkiliyik. Hörmətli Bozdağ baş nazirin sözündən çıxmaz. Nə desə onu yerinə yetirər. Fayla müdaxilə et desə, gözü bağlı müdaxilə etmək istəyər. İndi burada diqqətli olunması lazım olan müddət bu; Sabah görəcəyik, prokurorların qarşısına maneə çıxarılırsa, bu kabinet dəyişikliyinin heç bir faydası olmayacaq. Bizim məqsədimiz 4 nazirin etik olaraq vəzifələrindən getməsi idi, sui-istifadələri və rüşvət hadisəsini araşdıran prokurorlara və polislərə müdaxilə edilməməsi idi. Bunu önümüzdəki müddətdə görəcəyik".
Daxili işlər naziri vəzifəsinə gətirilən Efkan Ala gəldikdə, Kılıçdaroğlunun fikrincə, Ərdoğan özünə heç etiraz etməyəcək, düşündüklərini həyata keçirəcək bir kabinet formalaşdırmağa çalışır: "Bu qədər parlamentar içərisində daxili işlər naziri olacaq kimsə yoxdurmu? Baş nazirlik məsləhətçisini oraya gətirirsiniz? Mən bu suala cavab istəyirəm. Amma Ədalət və İnkişaf Partiyasının hörmətli millət vəkillərinin də özlərinin soruşması lazımdır. Niyə, səbəb nədir?"
Kılıçdaroğlunun iddiasına görə, Ərdoğanın özünün bir dərin dövləti var: "O dövlətin ünsürlərindən biri Efkan Aldır".
Alı