Şahin Mustafayev digər nazirləri səlahiyyətsiz qoyur
12:12 28-12-2013
İQTİSADİYYAT
Şahin Mustafayev digər nazirləri səlahiyyətsiz qoyur
İqtisadiyyat və sənaye nazirinin yüksəlişi davam edir
Sənaye və energetika naziri Şahin Mustafayev yeni səlahiyyətlər əldə edib. Bu, ölkə başçısının srağagün imzaladığı yeni sərəncamla mümkün olub.
Həmin fərman Bakıdakı Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlərdən bəhs edir. Fərmana əsasən, Bakı şəhərində yerləşən Böyükşor gölünün (bundan sonra - Göl) istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə (nazir Şahin Mustafayev) həvalə edilib:
Fərmanda qeyd edilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi adıçəkilən gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etməli və habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirməlidir.
Fərmanda eyni zamanda Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Böyükşor gölünə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil vermək tapşırılır.
Beləliklə, Bağırovun nazirliyi səlahiyyət itkisinə uğradığı halda, Şahin Mustafayev yeni səlahiyyət əldə etmiş olur.
Maraqlıdır ki, bu, iqtisadiyyat və sənaye nazirinin son prezident seçkisindən sonra ikinci səlahiyyət artımıdır. Bundan əvvəl sənaye və energetika naziri Natiq Əliyevin nəzarətindəki sənaye sektoru onun tabeçiliyindən çıxarılaraq İqtisadi İnkişaf Nazirliyinə verilmiş, beləliklə İqtisadiyyat və Sənaye Nazirliyi yaradılmış, Şahin Mustafayev isə səlahiyyətləri kifayət qədər genişlənmiş nazirliyin rəhbər postunu qoruyub-saxlaya bilmişdi.
İndi isə iqtisadiyyat və sənaye nazirinin bir başqa nazirin də səlahiyyətlərindən birini öz əlinə alması diqqətçəkicidir. Hiss olunur ki, Şahin Mustafayev hökumət içində tədricən güclənir, digər bir çox nazirlərlə müqayisədə daha da ön plana çıxmağa başlayır. Halbuki mətbuat bir neçə ay əvvələdək onu hökumətin iqtidariçi proseslərə təsir imkanları və nüfuz dairəsi etibarı ilə ən zəif nazirləri sırasında göstərirdi.
Amma son prezident seçkisindən sonra yaşananlar artıq fərqli düşünməyə əsas verir. İstisna deyil ki, iqtisadiyyat və sənaye naziri bu gedişlə qısa zamanda hakimiyyət daxilindəki güc mərkəzlərindən birinə çevrilsin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17