Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib
21:45 30-12-2013
İQTİSADİYYAT
30 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib:
-2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
-Cari məsələlər.
İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə ümumilikdə 36 redaksiyadan layihə təklifi təqdim olunub. Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son altı ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanmışdır.
Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir.
Bundan sonra sənədlər ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının üzvləri sənədlərlə tanışlıq zamanı müəyyən etmişlər ki, "Bütöv Azərbaycan” qəzetinin yayımı barədə təqdim etdiyi sənədlər qüsurludur. Qeyd edilmişdir ki, "Bütöv Azərbaycan” qəzetinin rəhbəri ötən müsabiqə zamanı Şuranın iclasına dəvət edilmiş, yayım barədə sənədlərinin müsabiqənin şərtlərinə cavab vermədiyi onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, "Bütöv Azərbaycan” qəzetinin rəhbəri bundan nəticə çıxarmamış, sonuncu müsabiqəyə də reallığı əks etdirməyən sənədlər təqdim etmişdir.
Müşahidə Şurasının üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Faiq Qurbanov, İntiqam Hümbətov, Müşfiq Ələsgərli, Rəşad Məcid, Vüqar Əliyev çıxış edərək bildirmişlər ki "Azadlıq” qəzetinin layihə təkliflərinin maliyyələşdirilməsi dəFondun Nizamnaməsinə, həmçinin, Fondun "KİV-lərə maliyyə yardımı müsabiqəsinin QAYDALARI”na ziddir."Azadlıq” qəzeti Fond tərəfindən əvvəllər ayrılmış maliyyə yardımlarının icrası zamanı ciddi nöqsanlara yol verib. 11 və 14 oktyabr 2013-cü il tarixlərində "Azadlıq”qəzetinin rəhbərliyinə mövcud nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. Əlavə olaraq, qəzet tez-tez məhkəmə çəkişmələrinə çıxdığından və nəticədə bank hesabına həbslər qoyulduğundan, Fond, bu qəzetə ayırdığı maliyyə vəsaitinin çatdırılmasında problemlərlə qarşılaşıb.
Müzakirələr zamanı qeyd edilib ki, "Azadlıq” qəzeti öz fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın prinsiplərini də intensiv şəkildə pozub və buna uyğun olaraq, Azərbaycan Mətbuat Şurası tərəfindən qəzetə dəfələrlə xəbərdarlıq edib. Qəzet, Fondun maliyyəsi ilə hazırlayıb yaydığı materiallarda plagiat hallarına da yol verib.
Müşahidə Şurasının üzvləri "Azadlıq” qəzetinin fəaliyyətində Fondun "Maliyyə dəstəyi müqaviləsi”nin 6.3, 6.4, 8.5-ci maddələrinin ciddi şəkildə pozulduğunu müəyyən ediblər. Buna uyğun olaraq, Fondun Nizamnaməsinin 4-cü bəndinin 4.1.9, 4.1.10 maddələri, həmçinin "KİV-lərə maliyyə yardımı müsabiqəsinin Qaydaları”nın 5-ci bəndinin maddələri əsas götürülərək, "Azadlıq” qəzetinin layihə təklifinin növbəti 3 ay ərzində maliyyələşdirilməsindən imtina edilməsi barədə qərar verilibər.
Müşahidə Şurası "Bütöv Azərbaycan” qəzeti rəhbərliyinin xəbərdarlıqları nəzərə almadığına, yenidən yayım barədə reallığı əks etdirməyən sənədləri təqdim etdiyinə görə, Fondun müsabiqə qaydalarının bəndlərini əsas tutaraq, qəzetin iki il müddətinə müsabiqələrə buraxılmaması barədə qərar qəbul etmişdir.
Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.
2014-cü ilin 1-ci rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir:
№ Qəzetin Adı Ayrılan məbləğ
1. "Kaspi” qəzeti 30 000
2. "Mövqe” qəzeti 30 000
3. "Yeni Azərbaycan” qəzeti 30 000
4. "Ayna-Zerkalo” qəzeti 30 000
5. "Ədalət” qəzeti 30 000
6. "525-ci qəzet” qəzeti 30 000
7. "Səs” qəzeti 30 000
8. "Bakı-Xəbər” qəzeti 30 000
9. "Yeni Müsavat” qəzeti 30 000
10. "Olaylar” qəzeti 30 000
11. "Ekspress” qəzeti 30 000
12. "Palitra” qəzeti 30 000
13. "Paralel” qəzeti 20 000
14. "Həftə İçi” qəzeti 20 000
15. "Azad Azərbayc an” qəzeti 20 000
16. "Şərq” qəzeti 20 000
17. "Xalq Cəbhəsi” qəzeti 20 000
18. "Futbol+Qol” qəzeti 20 000
19. "Bizim Yol” qəzeti 20 000
20. "Zaman-Azərbaycan” qəzeti 20 000
21 "Novoye Vremya” qəzeti 15 000
22 "Futbol +” qəzeti 15 000
23 "Üç Nöqtə” qəzeti 15 000
24 "Kaspi rus” qəzeti 10 000
25. "Unikal” qəzeti 10 000
26 "Olimpiya Dünyası”qəzeti 10 000
27 "Azernews” qəzeti 10 000
28 "Oxu Məni” qəzeti 10 000
29 "Reytinq” qəzeti 5 000
30 "Təhsil Problemləri” qəzeti 4 500
31 "The Business Times” qəzeti 4 500
32 "Hərbi And” qəzeti 4 500
33 "Türküstan” qəzeti 4 500
34 "İqtisadiyyat” qəzeti 4 500
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53