Qəfl gələn yoxlama Hacıbala Abutalıbovu şoka saldı
10:38 09-01-2014
İQTİSADİYYAT
Qəfl gələn yoxlama Hacıbala Abutalıbovu şoka saldı
Büdcədən ayrılan pullar Bakı meriyasında necə həzm olunub?
Prezident seçkilərindən sonra kadr islahatlarına start verildi. İlham Əliyev hələ andiçmə mərasimində bəyan etmişdi ki, bundan sonrada korrupsiyaya qarşı mübarizəni davam etdirəcəyini, fəaliyyətində nöqsanlara yol vermiş məmurların görəvindən alınacağını və hazırda bu proses aparılır.
3 nazir vəzifəsindən kənarlaşdırıldı, dövlət orqanlarında şəffaflığın təmin olunması üçün addımlar atıldı və proses indidə davam etdirilməkdədir. Bundan başqa aydın oldu ki, ölkədə ciddi problemlərdən biri də büdcə təşkilatlarının büdcədən ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsidir ki, buda korrupsiyanın inkişafına bir başa təsir edir. Bu baxımdan yerli icra orqanlarının fəaliyyətində belə hallara daha çox rast gəlmək mümkündür. Elə bu səbəbdən də Hesablama Palatası yerli icra strukturlarında ciddi araşdırmalara start verdi. Palataya yeni sədrin təyinatından sonra isə bu yoxlamalar daha da intensivləşdi və artıq müəyyən nəticələr ortaya çıxmaqdadır. Hesablama Palatasının bu dəfə ki, hədəfi isə deyəsən daha səs-küylü olacaq. Belə ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına, Bakı şəhər Təcili Tibbi Yardım avtobazasına ayrılan vəsaitlərin proqnozlaşdırılmasına və icrasına, habelə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair yoxlamalar başlayacaq. Əslində isə yoxlamanın episentri Bakı Şəhər İcra Hakimiyyəti olacaq. Çünki artıq Hacıbala Abutalıbovla bağlı şikayətlər kifayət qədər kütləviləşib və onun postundan götürülməsi ilə bağlı fikirlər az qala sosial sifarişə çevrilib.Qeyd edək ki, Bakı şəhərində abadlıq işləri ilə bağlı ciddi nöqsanlar ortaya çıxıb və məlum olub ki, hətta vətəndaşların sökülən evlərinin qarşılığında kompensasiyaların verilməsindən tutmuş, yeni parkların salınmasına qədər bir çox məsələlərdə ciddi qanun pozuntuları var və Hesablama Palatası bu məsələlərin ortaya çıxarılması üçün gücünü səfərbər edəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53