Yusif Hümbətov: Dövlət qulluqçusu yoxsa, biznesmen?
12:29 10-01-2014
İQTİSADİYYAT
Yusif Hümbətov: Dövlət qulluqçusu yoxsa, biznesmen?
"Azərsutikinti" ASC-də yeyilən milyonlar şəxsi biznes səltənətinin qurulmasına yönləndirilib
Prezident Adminstrasiyası ərazi idarəetmə şöbəsinin sabiq müdiri, "Azərsutikinti" ASC-nin rəhbəri Yusif Hümbətovla bağlı maraqlı faktlar əldə etmişik. Məlumatlarda bildirilir ki, keçmiş siyasi işçi olan Yusif Hümbəton PA-dakı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünü biznes sahəsində sınayıb və deyəsən, bu uğurlu alınıb. Onun buna necə nail olması isə daha maraqlıdır...
"Azərsutikinti" ASC-nin sədri postu və qazanılan imkanlar...
Məlumat üçün bildirək ki, Yusif Hümbətov Prezident Adminstrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsindən prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə kənarlaşdırılıb. Bundan sonar "Azərsutikinti" ASC-də rəhbər kimi fəaliyyətə başlayan Y.Hümbətovun oliqarx kimi parlaması da məhz bu illərə təsadüf edir. Qeyd edək ki, onun rəhbəri olduğu "Azərsutikinti" ASC su-kanallarının çəkilməsi, sahilbərkitmə işlərinin görülməsi sahəsində ixtisaslaşıb və indiyə qədər irili-xırdalı onlarla dövlət layihəsinin iştirakçısı olub.
Əldə etdiymiz məlumatlara görə, layihələrin icrası ilə bağlı aparılmış dövlət nəzarəti nəticəsində ortaya ciddi pozuntular çıxıb və həmin çatışmazlıqlarla bağlı yuxarı dairələr məlumatlandırılıb. Məhz bundan sonra Yusif Hümbətova qarşı əvvəllərdə olan inamsızlıq bir qədər də artıb və hətta onun rəhbərlik etdiyi "Azərsutikinti" ASC-nin ləğvi belə müzakirələr mövzusuna çevrilib. Xatırladaq ki, adıçəkilən qurumun ləğv olunaraq "Azərsu"ya birləşdirilməsi ilə bağlı müzakirələrin getdiyi haqda söhbətlər səngimək bilmir.
"Azərsutikinti"nin həyata keçirdiyi layihələr isə artıq dayandırılıb. Buraya Biləsuvar rayonunun "Aranlı" və "Çinarlı" təsərrüfatlarında meliorativ vəziyyətin və su təminatının yaxşılaşdırılması, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində suvarma sisteminin qurulması, Goranboy rayonunda torpaqların meliorativ vəziyyətinin aşağı salınması, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi layihələri daxildir.
"Azərsutikinti" ASC-nin həyata keçirdiyi təmir-tikinti işləriylə bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, həyata keçirilən layihələr zamanı kifayət qədər böyük yeyintilərə yol verilib ki, bunun da müqabilində Y,Hümbətov özü üçün həm ölkə daxilində, həm də ölkədən xaricdə nəhəng biznes strukturları yarada bilib.
ASC sədrinin biznes şəbəkəsinə nələr daxildir?
Bununla bağlı apardığımız jurnalist təhqiqatı zamanı bir sıra nüansları dəqiqləşdirə bildik. Məsələn, onu öyrəndik ki, Y.Hümbətov paytaxtda bir neçə iri mağazaya və restoranlara sahiblənməyi bacarıb. Həmin obyektləri əsasən yaxın adamları vasitəsilə idarə edən ASC sədrinin eyni zamanda rayonlarda ərazisi hektarlarla ölçülən torpaq sahələri də mövcuddur. Xızı rayonu ərazisində iri bir fermer təsərrüfatının olması da əldə etdiyimiz informasiyalar sırasındadır. Bütün bunlar isə Yusif Hümbətovun nəzarət etdiyi biznes şəbəkəsinin hələ tam olmayan siyahısıdır. Onun yaxınları vasitəsilə ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul olduğunu iddia edən mənbəmizin sözlərinə görə, PA-nın sabiq şöbə müdirinin Avropa ölkələrinin birində dəyəri milyonlarla ölçülən villası var. Onun eyni zamanda MBD məkanına daxil olan keçmiş sovet respublikalarında gəlirli biznes əlaqələrinə rəhbərlik etdiyi söylənilir. Maraqlıdır, görəsən Yusif Hümbətov bu qədər dəbdəbəni hansı vəsait hesabına qurub-yarada bilib? Biz hələ qanunun dövlət məmuruna bizneslə məşğul olmağı qadağan edən konkret tələbini bir kənara qoyaraq yalnız bu sualın cavablandırılmasını istəyirik. Biz "Unikal" olaraq bu və digər sualların cavablarını özündə birləşdirən geniş araşdırma yazısını isə növbəti saylarımızda oxucularımızın diqqətinə çatdıracağıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53