Azərbaycanla Litva arasında "şərab razborkası"
10:01 11-01-2014
İQTİSADİYYAT
Azərbaycanla Litva arasında
"şərab razborkası"
"Ağdam" şərab brendi ilə bağlı qalmaqal: Bakı Litvadan izahat tələb edəcək
Xəbər veridyimiz kimi, Litvada Azərbaycanın məşhur şərab brendlərindən olan "AĞDAM" brendi altında qeyri-qanuni olaraq şərab istehsal olunur. Bununla bağlı artıq sosial şəbəkələrdə olayı təsdiqləyən foto da paylaşılıb.
Belə ki, iqtisadçı ekspert Qubad İbadoğlu Vilnüsdə çəkdridyi fotoları paylaşarkən mağazada satılan "AĞDAM" çaxırının şəkillərini də təqdim edib. Yaraşıqlı dizaynı ilə seçilən bu çaxır Azərbaycan manatı ilə 2 manat 20 qəpiyə satılır.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı açıqlamasında məsələnin araşdırılacağını bildirmişdi. "Azstandart"ın rəsmisi bununla bağlı son durumu şərh edib."Bu məsələ bizim diqqətimizdədir. Gündəliyimizə salınıb. Məsələni Ümumdünya Əqli Mülkiyyət Təşkilatının növbəti Assambleyasında qaldırıb müzakirə edəcəyik"- deyə F.Talıblı bildirib. Onun sözlərinə görə, Azərbaycan Litva ilə "Ümumdünya Əqli Mülkiyyət Təşkilatı"na üzv olaraq təşkilatın tədbirlərində, konfranslarında , assambleyalarında iştirak edir və görüşür.F.Talıblının bildirdiyinə görə, hər hansı bir əmtəə nişanına patent verilibsə, brend onun mülkiyyətinə çevrilir. Uzun müddətli onu istifadə etmək üçün mülkiyyət hüququ daşıyır. "Hər hansı bir əmtəə nişanı yəni qeydiyyata alınmaq üçün iddia olunursa, beynəlxalq sazişlər çərçivəsində,həmçinin Azərbaycan qanunları çərçivəsində buna baxılır. Bir-birinə oxşayan, bir-birini təqlid edən,bir-birinin eyniliyi təsəvvürünü yaradan patentlərin qeydiyyatı qadağandır. Bu həm yerli qanunlarda, həm də beynəlxalq sazişlərdə belədir. Məsələn, "SOCAR" brendimiz var. Hər hansı bir iddiaçı ona oxşar bir brend-tutaq ki, "SOVAR" yaratmaq istəyirsə, bu yolverilməzdir. Bu insanlarda çaşqınlıq yaradan hala gətirib çıxarır". F.Talıblının sözlərinə görə, Komitənin tərkibində apelyasiya şurası var. Əgər istənilən sahibkar öz brendinin oxşarını görsə və onun istifadəsini yasaqlamaq istəyərsə, birinci məhkəməyə, daha sonra komitənin nəzdindəki apelyasiya şurasına müracitə edə bilər.Komitə rəsmisi bildirib ki, xarici ölkələrlə Azərbaycan arasında mübahisəli brendlər məsələsi olmayıb. Azərbaycanda hər hansı əmtəə nişanı qeydiyyyata alınmazdan əvvəl beynəlxalıq axtarışa verilir. "Həmin nişan beynəlxalq səviyyədə axtarılır. Bizim "Ümumdünya Əqli Mülkiyyət Təşkilatı" ilə əlaqələrimiz geniş olduuğundan, istənilən əmtəə nişanını təsvirinə qədər yoxlayırlar".
Şahin
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53