Şok! Almaniyada İrandan ixrac edilən xalçalarda 45 kiloqram heroin aşkarlandı!
11:32 30-01-2014
SİYASƏT
Molla rejimi bir həftədə 18 nəfəri edam etdi
Almaniyada İrandan Polşa, Fransa, Belçika, Konqo, o cümlədən Afrika ölkələrinə ixrac edilən və dəyəri milyonlarla avro olan xalçalarda böyük miqdarda narkotik maddə aşkar edilib.
“Radiofərda”nın verdiyi məlumata görə, Almaniyanın gömrük rəsmiləri yanvarın 28-də Leypsiq hava limanında 9 xalçanın digərləri ilə müqayisədə ağır olmasından şübhələniblər və onları yoxlamaq qərarına gəliblər. Nəticədə X şüalarının yardımı ilə 9 xalçada 45 kiloqram heroinin mövcud olduğu aşkarlanıb. Narkotik maddə ip kimi düzəldilərək qara qılafın içərisinə yerləşdirilib və həmin xalçaların daxilindəki iplərə toxunub.
Bu hadisədən sonra Avropanın bir sıra ölkələrində, xüsusilə Polşa, Fransa və Belçikada həbslər həyata keçirilib. Ancaq hələlik neçə nəfərin tutulduğu barədə heç bir məlumat verilməyib.
Ərdoğanın İrana
səfəri zamanı bir sıra
sazişlər imzalandı
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində bir sıra ikitərəfi sazişlər imzalanıb. “Anadolu” agentliyinin verdiyi məlumata görə, səfər çərçivəsində İran və Türkiyə arasında güzəştli ticarətə dair razılaşma, V Ticarət komitəsinin beyannaməsi, İranın “İRNA” və Türkiyənin “Anadolu” informasiya agentlikləri arasında əməkdaşlıq sazişi, habelə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədlər imzalandıqdan sonra Ərdoğan İran prezidentinin I müavini İshaq Cahangiri ilə birgə mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Türkiyə baş naziri bildirib ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 21.8 mlrd. dollar təkil etsə də, 2013-cü ildə müvafiq göstərici 13.5 mlrd. dollara düşüb. “Hədəfimiz 2015-ci ildə bu göstəricini 30 mlrd. dollaradək çatdırmaqdır”, - deyə Ərdoğan vurğulayıb.
Öz növbəsində İ.Canahgiri bildirib ki, İran-Türkiyə əlaqələri dərin köklərə malikdir və dövlətlər arasında dostluq münasibətlər mövcuddur.
Mətbuat konfransında həmçinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və digər rəsmi şəxslər iştirak edib.
Xameneyinin adamı
Ərdoğanı
“kukla” adlandırdı
İranın ali dini lideri Ayətullah Əli Xameneyinin İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi Abdullah Maci Sadıki Türkiyənin baş nazirini sərt tənqid edib.
Fars mətbuatı xəbər verir ki, o baş nazir Rəcəp Tayyib Ərdoğanı İsrailin kuklası adlandırıb: “Türkiyənin baş naziri son zamanlara qədər Suriya böhranında daha çox İsrailin kuklası kimi hərəkət edirdi. Ərdoğan İsrailin rejiminin əlində oyuncağa çevrilmişdi, amma son vaxtlarda oyandığını görürük”.
ETTELAAT-ın
təcridxanasında
saxlanılan azərbaycanlı fəal Təbrizin mərkəzi həbsxanasına köçürüldü
İranda tanınmış azərbaycanlı fəalın həbs yeri dəyişdirilib. AZOH-un verdiyi məlumata görə, 57 gündür İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında təkadamlıq kamerasında saxlanılan Rəsul Rəzəvi şəhərin mərkəzi həbsxanasına köçürülüb.
Qeyd edək ki, ETTELAAT əməkdaşları azərbaycanlı fəalı ötən il dekabrın 4-də səhər saatlarında ata evində həbs ediblər. Ertəsi gün isə evdə yoxlama aparılıb, R.Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktorsazi” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “əl-Cəzirə” futbol komandaları arasında keçirilən görüşdə “Güney Azərbaycan İran deyil!” şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. R.Rəzəvinin istintaq zamanı ağır psixi və fiziki işgəncələrə məruz qaldığı bildirilir.
R.Rəzəvi bundan əvvəl 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə Şəhid Kələntəri körpüsündə yüzdən çox azərbaycanlı fəalla birgə həbs edilib. O, 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.
Ötən həftə İranda
18 nəfər edam edilib
Bu arada məlum olub ki, ötən həftə İranda 18 nəfər edam edilib. Məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Edamlar İranın Əlborz, Loristan, Mazandaran, Qəzvin və Gilan vilayətlərində həyata keçirilib.
Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətində 5 nəfər asılıb. Ancaq onların ad və soyadlarını dəqiqləşdirmək mümkün olmayıb. Bu məhbuslardan bəziləri narkotik maddələrin qaçaqmalçılığı ilə Urmiya şəhərinin mərkəzi həbsxanasında edam ediliblər.
Eyni zamanda Delfan rayonunun kəndlərinin sakinləri olan 3 məhbus narkotik maddələri daşımaq və satmaq ittihamı ilə Malayer rayonunda dara çəkiliblər. Bundan başqa, bir məhbus qətldə günahlandırılaraq Sari şəhərində edam edilib. Qəzvin şəhərinin “Ana” meydanında isə bir nəfər narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq əhalinin gözü qarşısında asılıb. Eyni zamanda həmin şəhərdə qətldə günahlandırılan Hadi Həmidi Zare və Həmzə Ramazani də edam edilib. Bundan əlavə, Kərəc şəhərinin Qızılhasar həbsxanasında 7 nəfər narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək dara çəkilib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53