Ayrılan yollar bir də kəsişəcəkmi?
15:31 01-02-2014
CƏMİYYƏT
Ayrılan yollar bir də kəsişəcəkmi?
AXCP funksioneri qeyd-şərtlə nikbin görünür
AXCP sədrinin müavini Nurəddin Məmmədli AXCP ilə Müsavat Partiyasının əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib:
"Əgər Müsavat Partiyasında sağlam qüvvələr, müxalifətçilik, müsavatçılıq ruhunu, Məhəmməd Əmin Rəsulzadə, Elçibəy yolunun davamçısı olmaq iddiasını ortaya qoysalar, həmin andan biz Müsavat Partiyası ilə əməkdaşlıq edəcəyik".
N.Məmmədli qeyd edib ki, Müsavat Partiyasının özündə də partiyanın mövqeyi ilə razılaşmayanlar var: "Mənim Müsavat Partiyasında kifayət qədər dostlarım var, hətta bu konfliktlərin ən qızğın vaxtında belə biz onlarla əlaqə saxlayırdıq, məsələləri müzakirə edirdik və onların böyük bir hissəsi Müsavatın mövqeyini qənaətbəxş hesab etmirdilər. Mən hər halda Müsavat kimi tarixi ənənəyə, zəngin nümunələr yaratmış bir təşkilatın axırda sağlam qüvvələr vasitəsilə idarə olunacağına inanıram. Bu, baş verdiyi halda bizim Müsavatla əməkdaşlığımız ən yaxın formalarda inkişaf edəcək".
Tanınmış politoloq Zərdüşt Əlizadənin “Unikal”a söylədiyinə görə, mətbuatda AXCP ilə Müsavat Partiyasının gələcəkdə yenidən əməkdaşlıq edə biləcəyi barədə təxminləri və mülahizələri oxuyarkən özünü irrasional düşüncələr aləmində hiss edir: “Birdəfəlik anlamaq lazımdır ki, bu partiyalar öz potensiallarını tam şəkildə tükədib və nə yaxın perspektivdə, nə də uzaq gələcəkdə onlar Azərbaycan cəmiyyətinin inkişafında, taleyüklü məsələlərinin həllində heç bir rol oynaya bilməyəcək. Sözügedən partiyaların hər ikisi hələ də 90-cı illərin havası ilə yaşayır və o illərin yuxusundan ayılmayıblar. Bu partiyalar çoxdan bitib – 1993-cü ildə, amma bu acı gerçəkliklə barışmaq istəmir və hələ də siyasi inersiya ilə hərəkət edirlər”.
Politoloqun qənaətinə görə, “Son on ildə bu partiyalar ölkədə keçirilmiş seçkilərin heç birində cüzi də olsa, nəticələr əldə edə bilməyib. Bu nəticəsizlik birinci növbədə onların siyasi cəbbəxanasının yoxsulluğundan irəli gəlir. Nəticəsiz fəaliyyətdə olan siyasi qurumların birgə əməkdaşlığı bu ölkəyə, bu cəmiyyətə nə verə bilər? Sıfırın üstünə sıfır əlavə edəndə nə alınar?”
Politoloq Ərəstun Oruclu mövzu ilə bağlı “Unikal”a açıqlamasında bildirdi ki, "Regionumuzda baş verən prosesləri təhlil etdikdə aydın olur ki, bölgədə yeni bir geopolitik güc formalaşır. Bu yeni formalaşan geopolitik güc dünyada dominantlıq qazanmış Amerika hegemoniyasına qarşı çıxır. Lakin ölkədəki əsas müxalifət qurumları bölgədsə və ümumn dünyadagedən prosesləri düzgün “oxuya” bilmədiklərinə görə həm siyasi mübarzə taktikasını düzgün seçə bilmir və nəticədə bir-birlərinə müansibətdə də siyasi normalardan kənara çıxan hallara yol verirlər. Bu gün ölkədə fəaliyyət göstərən bütün siyasi qurumlar ciddi ideoloji-təşkilati böhran içindədir və Müsavatla AXCP-nin münasibət də bu məcrada kəskinləşib. Ona görə də yaxın perspektivdə bu siyasi qurumların bir çətir altına gələ biləcəyini zənn etmirəm".
Politoloqun fikrincə, "Bu dəyişikliklərdə həlledici rol siyasi səhnədə artıq özünü təsdiq etməyə başlamış gəncliyə məxsus olacaq. Partiyaların davranışlarını və irəli sürdükləri şüarları təhlil edəndə bu qənaətə gəlirsən ki, 20 il ərzində onların düşüncə tərzində heç nə dəyişilməyib. Məhz buna görə cəmiyyət onlara dəstək vermir".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10