Azərbaycanda dəmir yolları bir dispetçer mərkəzindən idarə ediləcək
12:53 07-02-2014
SİYASƏT
Azərbaycanda dəmir yolları bir dispetçer mərkəzindən idarə ediləcək
Azərbaycanın dəmir yolu sahəsində işarəvermə və rabitə təsərrüfatı yeniləşdirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, artıq bu sahədə işlər yeni mərhələyə qədəm qoyub.
Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında bir dispetçer mərkəzindən idarə edilməsi ilə əvəz olunması işlərinə start verilib. Bu sistemdə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət, hərəkət heyəti ilə birbaşa rabitə-danışıq əlaqəsi yaratmaq, təkər cütlərinin qızmasını və nasazlığını aşkar edən təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılaraq yenidən qurulması nəzərdə tutulub.
Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sisteminin tam yenidən qurulması 4 il müddətində həyata keçiriləcək. Bu işləri görmək üçün avtomatlaşdırılmış telemexanika, rabitə avadanlıqları və sistemləri tam dəyişdirilib yenisi ilə əvəz olunacaq.
Qeyd edək ki, 2013-cü ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilib. Tenderin qalibi “Bombardier” (İsveç) şirkəti olub. Ötən ilin noyabr-dekabr aylarında dəmir yolu nəqliyyatı mütəxəssisləri “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I mərhələ) sahəsində texniki şərtləri hazırlayıblar. Hazırda layihə-quraşdırma işləri aparılır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50