Nizami Rayon İcra Hakimiyyəti və KİVDF-nin birgə təşkil etdiyi müsabiqəyə yekun vurulmuşdur
13:54 14-02-2014
SİYASƏT
Nizami Rayon İcra Hakimiyyəti və KİVDF-nin birgə təşkil etdiyi müsabiqəyə yekun vurulmuşdur
Dünən Bakı şəhəri, Nizami rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılmışdır.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd etmişdir ki, ötən ilin noyabr ayında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında görüş keçirilmişdir: "Görüşün yekunu olaraq fərdi jurnalist yazı müsabiqəsi elan edilmişdir və bu gün həm də qaliblər mükafatlandırılır".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında əvvəlcə Nizami rayonunun sosial iqtisadi inkişafı ilə bağlı fikirlərini bildirmiş, rayonun dinamik tərəqqi yolunda olduğunu diqqətə çatdırmışdır. Fondun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli qurumun 2009-cu ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını bildirmişdir: "Fondun yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısının növbəti təzahürü olmuşdur. Ötən illər ərzində dövlət başçısının yüksək diqqətini media daim öz üzərində hiss etmişdir. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının daha bir real nümunəsi heç şübhəsiz ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam olmuşdur. Ötən ilin iyul ayında cənab Prezidentin iştirakı ilə jurnalistlər üçün inşa olunmuş binanın açılışı keçirilmiş və burada 156 media təmsilçisinə təmirli mənzillər verilmişdir".
Fondun mövcud fəaliyyətindən də bəhs edən Vüqar Səfərli qeyd etmişdir: "Bu gün Fond tərəfindən 34 qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Bu, onların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə töhfələr verir. Fondun əsas məqsədlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsidir. Bu konteksdə beynəlxalq təcrübənin öyrənilməsi üçün də müvafiq addımlar atılır, jurnalistlərin müxtəlif xarici ölkələrə səfərləri təşkil olunur. Elə ötən il Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə media təmsilçilərinin səfərləri təşkil olunmuşdur".
Vüqar Səfərli Fond tərəfindən təşkil olunan fərdi jurnalist yazı müsabiqələri barədə də tədbir iştirakçılarına məlumat vermişdir: "Fond hər il bir neçə fərdi jurnalist yazıları müsabiqəsi təşkil edir. Bununla yanaşı Fond digər icra strükturları ilə birgə də yazı müsabiqələrinin təşkilini həyata keçirir. Ötən ilin noyabrında Nizami Rayon İcra Hakimiyyətində baş tutan görüşün nəticəsi olaraq "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan olunmuşdur. Keçirilmiş müsabiqəyə ötən ilin noyabr ayının 19-dan dekabr ayının 20-dək yazılar qəbul edilmişdir. Müsabiqəyə ümumilikdə 43 jurnalist yazı təqdim edilmiş, yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilmişdir. Bundan əlavə 11 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür". Qaliblərin mükafatlandırılmasından öncə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov media ilə fəal əməkdaşlığına görə, KİVDF-nin xüsusu diplomuna layiq görülmüşdür. Daha sonra qaliblər mükafatlandırılmışdır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53