Dövlət Xidməti ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına başlayacaq
13:55 14-02-2014
SİYASƏT
Dövlət Xidməti ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına başlayacaq
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaxın vaxtlarda ordu üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına başlayacaq.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov məlumat verib.
A.Rəhimovun sözlərinə görə, hazırda "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC tərəfindən Silahlı Qüvvələr üçün avtomobil sürücüləri və aşpazların hazırlanması həyata keçirilir: "Yaxın vaxtlarda biz Mərkəzdə snayper, kəşfiyyatçı və paraşütçü hazırlığı kurslarına da başlanacaq. Bizim qarşımıza qoyulan məqsəd çağırışçılar orduya kiçik mütəxəssislər kimi yola salınsınlar".
Xidmət rəisinin sözlərinə görə, orta məktəblərdə çağırışaqədərki hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi istiqamətində işlər aparılır. Ötən ildən başlayaraq, orta məktəblərdə bu fənn üzrə işə qəbul olunan müəllim heyəti SHXÇDX ilə razılaşdırılır.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38