Xarici kəşfiyyatın əsirinə çevrilən jurnalist istintaqa cəlb edildi
Xədicə İsmayıl dövlət sirrini
yaymasına görə həbs oluna bilər
Son günlər dövri mətbuatda casus qalmaqalı get-gedə ciddiləşir. Öncə jurnalist Eynulla Fətullayev məqalə ilə çıxış edərək göstərdi ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl ABŞ senatının əməkdaşlarına Bakıda gizli siyahı verib. Bu siyahıda hakimiyyətlə əməkdaşlığı ola biləcək müxalifət nümayəndələrinin adları açıqlanmışdı. Bu açıqlamadan sonra Xədicə İsmayıl öz “facebook” səhifəsində bir sənəd yayaraq iddia etdi ki, bunu ona bir neçə il öncə MTN-in keçmiş zabiti göndərib. Sənəddə əks olunub ki, MTN AXC-dəki tanınmış simalardan birini ələ keçirərək özünə işlədib. Kifayət qədər ajiotaj yaradacaq bu xəbərdən sonra Xədicə İsmayıl öz səhifəsində növbəti status yazıb.Statusda deyilir: “Baş Prokurorluqdan zəng elədilər. Cinayət işi açıblar. İki məsələ məni xeyli əyləndirdi:
1. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284). Müstəntiq deyir, sənəd yaymışam Facebookda. Soruşdum, belə çıxır, siz təsdiqləyirsiz ki, o sənəd həqiqidir və dövlət sirri kəsb edir? Dedi, bu barədə söhbət edərik.
2. Məni şahid qismində dəvət eləyirlər. Dedim, rəsmən çağırış vərəqəsi göndərin”. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən baş prokrorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyərək bildirdi ki, xəbər verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın 17 fevral 2014-cü il tarixdə şəxsi “Facebook” səhifəsində yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilmək üçün istintaqa dəvət edilib.
Maraqlıdır, Xədicə İsmayıl bu xəbəri yaymaqla, həqiqətənmi, dövlət sirrini yayıb?
“Unikal”a açıqlama verən ekspertlərin əksəriyyəti məsələyə bir neçə konteksdən yanaşmağı tövsiyə etdi. Onlar bildirdilər ki, MTN-in adı ilə belə bir sənəd jurnalistin əlinə keçibsə, jurnalist mütləq bununla bağlı məlumatı MTN-ə təqdim etməliydi. Çünki həmin sənəd insanların həyatını təhlükəyə ata bilərdi. Xədicə İsmayıl bu normaya əməl etməməklə, əslində, ya dövlət sirrini yayıb, ya da MTN kimi qurumun işgüzar nüfuzuna zərbə vurub ki, hər iki halda Xədicə İsmayıl məsuliyyətə cəlb oluna bilər.
Digər tərəfdən, bu sənəd Xədicə İsmayıla məqsədli şəkildə hansısa xarici qüvvələr tərəfindən də ötürülə bilər və bununla da ölkədəki ictimai-siyasi proseslərə təsir göstərilə bilərdi. Belə olan halda da Xədicə İsmayıl məsuliyyətə cəlb olunmalıdır.
Amma belə bir iddiada səsləndirilir ki, Xədicə İsmayıl, sadəcə, informasiya daşıycısı rolunu oynayıb və buna görə məsuliyyət daşımır.
Ekspertlər isə bununla razılaşmır və “WikiLeaks” saytını yada salırlar. Həmin vaxt saytın rəhbəri Djulian Assanj ABŞ MKİ-ə məxsus sənədləri əldə edərək yaymışdı. Demokratiyanın beşiyi adlandırdığımız Avropa ölkələri və ABŞ buna görə sayt rəhbərini ilk fürsətdə həbs etməyə, hətta vətən xaini maddəsi ilə ittiham etməyə çalışdı. Sayt rəhbəri, sadəcə, siyasi sığınacaq almaqla canını qurtardı.
Ekspertlərin fikrincə, bu olayların arasında heç bir fərq yoxdur və buna görə də məsələyə dövlət əhəmiyyətli xəbərin yayılması və ya ajiotaj yaratmaqla ölkədə çaxnaşma təşkil etməyə cəhd kontekstindən baxmalıyıq.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50