Gün ərzində sosial şəbəkədə nə qədər vaxt itirirsiniz?
11:19 19-02-2014
CƏMİYYƏT
Gün ərzində sosial şəbəkədə nə qədər vaxt itirirsiniz?
Ekspert bundan yaxa qurtarmağın yollarını açıqlayır
2004-cü ilin fevralında Mark Sukerberq tərəfindən yaradılan Facebook bu gün dünyanın ən böyük sosial şəbəkələrindən birinə çevrilib. İldən-ilə sosial şəbəkənin istifadəçilərinin sayı artmaqdadır. 2008-ci ildə 100 milyon istifadəçisi olan Facebook-un ötən ilin statistik rəqəmlərinə görə 1,11 milyard istifadəçisinin olması açıqlanıb.
Cəmiyyətdə baş verən proseslərə Facebook-un təsiri danılmazdır. Müəyyən məlumatları əldə etməkdə, yaxud ötürməkdə yardımçı olan sosial şəbəkə bəzən iş və ailə həyatımıza da mənfi təsir göstərir. Əlbəttə, bu problem həddindən artıq Facebook-a bağlanmağımızdan irəli gəlir. Bu zaman dost-tanış, ailə üzvlərimizlə canlı ünsiyyətimiz pozulur, bizim üçün hər hansı bir istifadəçinin paylaşdığı status daha maraqlı olur. Bu amillər ailə ilə yanaşı, iş həyatına da təsirini göstərir. Nəticədə kollektiv münasibətlərimiz pozulur, rəhbərliklə müəyyən problemlərimiz yaranır.
"Görəsən, günümün neçə saatını Facebook-da keçirirəm" deyə özünüzə sual verdinizmi? Ailənizə, işinizə daha çox vaxt ayırırsınız, yoxsa Facebook dostlarınıza? Öncəki illərlə müqayisədə canlı ünsiyyətimiz azalıb. Əlbəttə ki, sosial şəbəkələrin, internet dünyasının təsiri nəticəsində bu gün ailəmizə, yaxınlarımıza kifayət qədər vaxt ayırmırıq. İşimizi də lazımınca görə bilmirik... Bəzən iş saatının sonunda xəbər tuturuq ki, sən demə, bütün günümüzü Facebook-da keçirtmişik.
Psixoloq, mütəxəssis Elnur Rüstəmov Facebook "xəstəliy"indən yaxa qurtarmağın yollarından danışır. O deyir ki, sosial şəbəkələrdə kifayət qədər vaxt keçirmək zaman itkisinə səbəb olaraq işin keyfiyyətini aşağı salır: "Bir qisim insanlar Facebook-dan işinə görə yararlanır, gördüyü işləri, maraqlı məlumatları paylaşır. Etiraf edək ki, bu gün Facebook, o cümlədən də digər sosial şəbəkələrdə zamanını itirənlər də az deyil. Kifayət qədər sosial şəbəkədə olmaq insanın psixoloji durumuna mənfi təsir edir".
Psixoloq deyir ki, uzun müddət sosial şəbəkələrdə əylənmək psixoloji gərginliklə yanaşı, ailədaxili, o cümlədən valideyn-övlad münasibətlərində də problemlər ortaya çıxarır. Zaman itkisinin iş həyatına mənfi təsirindən danışan ekspert Facebook-a daxil olan şəxslərə özləri üçün bəlli sistem yaratmağı tövsiyyə edir:
"Tövsiyyə edərdim ki, insanlar sosial şəbəkələrdə bəlli bir zaman çərçivəsində olsunlar. Facebook-da uzun müddət olmaq işgüzar həyatla yanaşı, ailədaxili, valideyn-övlad münasibətlərini də zərbə altına salır. Bu zaman insanların iş həyatında problemlər yaranır. Diqqətsizlik və s. bu kimi nüanslar görülən işin keyfiyyətini aşağı salır. Problemlərdən yaxa qurtarmaq üçün bəlli bir rejim yaratmalıyıq ki, günün yalnız bir hissəsini Facebook-da keçirək".
Bu zaman kəsiyinin normalda bir-iki saat olduğunu deyən ekspert mövcud durumdan gileylənir. O, deyir ki, bu gün insanların böyük əksəriyyəti Facebook-da sadəcə olaraq vaxt öldürür, hər hansı bir faydalı işlə məşğul olmurlar: "Normalda bir-iki saat Facebook-da zaman keçirə bilərik. İnsan sosial şəbəkədən məqsədli şəkildə istifadə etməlidir - əgər buradan nəsə fayda ala biləcəksə, yaxud da faydalı məlumat ötürə biləcəksə. Amma təəssüflər olsun ki, Azərbaycanda bu gün Facebook-a daha çox vaxt keçirmək üçün daxil olurlar. Facebook-dan məqsədli şəkildə istifadə edilmədikdə gözlədiyimiz nəticə də uğursuz olur. İş adamları daha çox işlərini yönləndirmək, çalışdıqları sahə üzrə əlavə məlumat almaq məqsədi ilə sosial şəbəkəyə daxil olmalıdırlar. Bu baxımdan Facebook-un faydalı tərəfləri də var. Lakin təyinatına uyğun sosial şəbəkədən istifadə edilmədikdə gördüyümüz işin keyfiyyəti aşağı düşür, kollektiv münasibətlər pozulur, psixoloji gərginlik yaranır".
Məhin Məhərrəmli
Digər Xəbərlər
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03