Planetdə həyat məhvə doğru gedir?
11:20 20-02-2014
CƏMİYYƏT
Planetdə həyat məhvə doğru gedir?
XXI əsrin ikinci yarısında Avropanın yarısı suyun altında qalacaq
Alimlər tezliklə planetimizin sakinlərinin, Yerdə yaşayan canlıların kütləvi şəkildə qırılacağını proqnoz verir. Həm də buna insan özü səbəb olacaq. Yerin bütün tarixi ərzisində, yəni Yer yarandığı vaxtdan bəri beş kütləvi qırğın olub.
Bunlardan ən nəhəngi 250 milyon il əvvəl baş verib. O zaman quruda məskunlaşmış canlıların 70 faizi, suda yaşayanların 96 faizi məhv olmuşdu. Məhv olmuşların, yəni hazırda planetimizdə var olanların bərpasına milyonlarla illər tələb olunub.
Elmi işçilərin əksəriyyəti iddia edirlər ki, Yer insan faktorunun, bizim planetin kökünün asılı olduğu buzlaşma dövrü və qlobal istiləşmə səbəbindən yoxa çıxacaq.
Alimlərin fikrincə, həmçinin XXI əsrin ikinci yarısında Avropanın yarısı suyun altında qalacaq. Onlar bu yaxınlarda Böyük Britaniyanı dağıtmış təbii fəlakətin müşahidəsi əsasında bu qənaətə gəliblər.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a söylədiyinə görə, “Növbəti 25-30 ildə havanın bir dərəcə istiləşməsi Antraktidadakı buz kütləsinin əriməsinə və nəticədə Yer kürəsində həm quru sahənin azalmasına, həm də dünya okeanının səviyyəsinin qalxmasına, Rusiya ərazisində böyük bataqlıqların yaranmasına, Amerikanın bir hissəsinin su altında qalmasına səbəb ola bilər. Bu proseslər isə planetdə iqlimin kəskin şəkildə dəyişməsinə aparacaq. Havaların birdən istiləşməsi və yaxud əksinə, qəflətən soyuması bununla bağlıdır. Artıq Azərbaycanda kontinental iqlim hiss edilir. Bu o deməkdir ki, ölkə ərazisində yayda sərt istilik, qışda isə ağır soyuqlar qeydə alınır. Yəni yaz və payız fəsilləri, necə deyərlər, “ixtisara düşür” və qışla yay arasındakı aralıq mərhələlər itməyə başlayıb. Bunun ölkəyə mənfi təsirləri çox olacaq. Xüsusən kənd təsərrüfatına və insanlarımızın sağlamlığına. Son dövrlərdə payız əkinlərinin, praktik olaraq, sudan məhrum olması yazda bitkilərin göyərməsinə xeyli dərəcədə mənfi təsir göstərir. İndiki qarın əkinə xeyli faydası var, ancaq qəfil soyuqlaşma və qəfil istiləşmə canlı orqanizmlərə mənfi təsir edir”.
Partiya sədrinin sözlərinə görə, “Planetdəki karbohidrogen ehtiyatlarının böyük miqdarda istehlaka məruz qalması istixana qazlarının yaranmasına səbəb olur, bu da istiləşməyə gətirib çıxardır. Biz bunu praktikada da görürük. Son yüz ildə temperaturun qalxması hamı tərəfindən etiraf edilir və getdikcə qalxacağını da proqnozlaşdırırlar. Hazırda alternativ enerji mənbələri yetərincə olmadığından istixana qazları sürətlə çoxalır. Ona görə də planetdə buzlaşma ehtimalı çox zəifdir”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun “Unikal” bildirdiyinə görə, “İngilis alimlərinin verdiyi proqnozlar real əsaslardan məhrum deyil. Həqiqətən də, insan amili planetdə olduqca ciddi problemlər yaratmağa başlayıb və görünən budur ki, dünya hökumətləri bu qorxulu gedişatın qarşısını almaq üçün adekvat addımlar atmaq həvəsində və marağında deyil”.
Ekspertin sözlərinə görə, “Azərbaycana gəlincə isə, Xəzərin faunası ciddi təhlükə qarşısındadır. Kürüsü qiymətli olan balıq növlərinin kökü kəsilməkdədir. Həmçinin ləpədöyənlərdə ölü balıqların görünməsi halları son zamanlar çox artıb. Bu barədə çox deyilib, lakin problemin qarşısı hələ də alınmır”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22