Humanitar təşkilatlar ya kəşfiyyat şəbəkəsi
11:36 20-02-2014
CƏMİYYƏT
Humanitar təşkilatlar ya kəşfiyyat şəbəkəsi
Artıq Azərbaycan bu təşkilatlardan qurtulur
"İmam Xomeyni İmdad Komistəsi"nın Azərbaycandakı nümayəndəliyi fəaliyyətini sona çatdırdı. Uzun illər Azərbaycanda fəaliyyət göstərən bu komitə humanitar sahədə çalışan komitə hesab edilsə də həm də İranın əsas dayaqlarından biri hesab edilirdi. Məhz bu komitənin xətti ilə yüzlərlə azərbaycanlı gənc İrana aparılaraq dini təhsil aldılar və bəzi gənclər ümumiyyətlə geri qayıtmayaraq orada qaldılar.
Zaman-zaman bu komitənin həm də İranın maraqlarına cavab verəcək şəbəkələr yaratdığı, Bakı kəndlərində , əsasəndə Nardaranda və Azərbaycanın cənub bölgəsində ciddi missionerlik fəaliyyəti apardıqları bildirilirdi. Maraqlıdır, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən humanitar komitələr nə qədər milli maraqlarımıza cavab verir? Aparılan araşdırmalar göstərir ki, Azərbaycana xarici komitələr əsasən 1991-ci ildən sonra gəlməyə başladılar. Bu komitələr istər xristian, istərsədə müsəlman dininə mənsub təşkilatlar idi. 1993-cü ilə qədər sərbəst fəaliyyət göstərən bu təşkilatların fəaliyyətinə ümumiyyətlə nəzarət etmək mümkün deyildi. Nəticədə bir neçə istiqamətdə zərərli fəaliyyət ortaya çıxdı. Belə ki, aydın oldu ki, bu təşkilatların bir qismi missoner təşkilatlardır və əhalinin sosial durumunun həddindən artıq ağır olması səbəbindən onları ətraflarına toplayıblar.İlk məqamda anlaşıldı ki, əsasən xristian missionerləri daha çox aktivlik göstərirdi və "Yeqova şahidləri", "Bibliya institutu" kimi qurumlar humanitar yardımlar vermək müqabilində insanların xristianlığa cəlbini təmin edirdilər. Amma sonradan məsələ kifayət qədər ictimailəşdi və bu təşkilatlar ölkədən çıxarılmağa başlanıldı. Bu ərəfədə həm də aydın oldu ki, Səüdiyyə Ərəbistanı, İran və Türkiyə də Azərbaycanda öz şəbəkələrini yarada biliblər. İrandan gələn təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə belə şübhə ilə yanaşır, şiə təriqətini İran dövlətçiliyi formatında izah edirdilər. Bununla yanaşı qərbə və İsrailə qarşı çağırışlarda artmağa başlamışdı. Çox maraqlı idi ki, Azərbaycana müsəlman olaraq dəstək verdiyini bəyan edən İran, həm də Ermənistana dəstəyini əsirgəmirdi və artıq əksəriyyət üçün bəlli idi ki, burada sadəcə İranın öz siyasi maraqları var. Və bu gün Nardaranın simasında bu marağın nəticəsini görürük. Həm də o zamanlar İranın açıq şəkildə İslam partiyasına dəstək verməsi də diqqətdən yayınmırdı. Bunlarla yanaşı Türkiyənin nurçular təriqətinin üzvləri də Azərbaycana axın etdilər və demək olar ki, təhsil, media sahəsində ciddi uğurlara sahibləndilər. Amma onlarda radikal dini baxışlar olmadığına görə o qədər də təhlükəli hesab edilmirdilər. Nəhayət diqqəti cəlb edən qanadlardan biri də Səüdiyyə Ərəbistanı oldu. Bu xəttlə Azərbaycana gələn təşkilatlar heç bir ciddi təbliğat aparmır, sadəcə humanitar yardımlar edir və müxtəlif qruplar şəkilində gənclərin Səüdiyyə Ərəbistanında təhsil almalarına imkanlar yaradırdılar. Amma illər keçəndən sonra bu gənclər geri qayıtdılar və ilk dəfə insanlar uzun saqqalı, darbalaqlı dindarlar görməyə başladılar və bunlar aydın oldu ki, vəhhabilərdir. Qısa zaman ərzində kifayət qədər əhatə toplayan bu təriqət aydın oldu ki, ən təhlükəli və radikal bir təriqətdir ki, hazırda da bunun fəsadlarını görürük. Bunu da qeyd edək ki, 1993-cü ildən sonra prezident Heydər Əliyevin prosesləri tam nəzarətinə götürməsindən sonra onlarla bu tip təşkilatlar ölkədən çıxarıldı və bir neçə illik mübarizədən sonra Azərbaycan nisbətən missionerlərdən xilas ola bildi. Amma bunu da qeyd edək ki, burada söhbət yalnız dinlərin təbliğatından getmirdi. Həmçinin bu təşkilatlar müxtəlif ölkələrin kəşfiyyat şəbəkəsinə daxil idilər. Bunun açıq nümunələrindən biri OMON olaylarında Fərman Dəmirqol kimi şəxslərin simasında ortaya çıxdı. Bu qüvvələr artıq o həddə qədər möhkəmlənmişdilər ki, hakimiyyətə şərtlər diqtə edirdilər. Amma Heydər Əliyevin kəsərliyi sayəsində bu qüvvələr neytrallaşdırıldı. Ekspertlər bildirir ki, bu tip təşkilatlarla yanaşı, bəzi biznes şirkətləri də Azərbaycanda kəşfiyyat işləri ilə məşğul olurdular."Unikal"a açıqlama verən ekspert Ərəstun Oruclu bildirdi ki, belə hallar dünyanın hər yerində müşahidə olunur:-"Bu gün kəşfiyyat orqanları demək olar ki, gah biznes, gah diplomat, gah da jurnalist çətiri altında fəaliyyət göstərirlər. Yəni bütün mümkün hallardan istifadə edirlər. O cümlədən Azərbaycanda da belə üsullardan istifadə olunur. Amma hamıya belə şübhə ilə yanaşma şipomaniya olar. Azərbaycana gəldikdə isə bu ölkə istər iqtisadi, istər mədəni , istərsədə siyasi baxımdan həssas nöqtədir və demək olar ki, dünya kəşfiyyatı bu bölgəyə toplaşıb. Buna görə də məsələlərə həssas yanaşmaq lazımdır. Çünki dediyim kimi onlar müxtəlif adlar altında ölkəyə gəlirlər və çox fərqli maraqlar Azərbaycanda toqquşur".
Bu gün isə artıq bu tip təşkilatların böyük bir hissəsi ölkədən çıxarılıb və çıxarılma prosesi davam etməkdədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24