"Əfqanıstan veteranları Azərbaycan Milli Ordusunun
yaradılmasında böyük qəhrəmanlıq nümayiş etdiriblər"
"Bu gün Əfqanıstan müharibəsi veteranları Prezident İlham Əliyev tərəfindən, dövlətimiz tərəfindən bütün qayğı ilə əhatə olunub və olunacaq. Siz Əfqanıstanda hərbi andınızı, dövlətiniz qarşısındakı borcunuzu şərəflə, qəhrəmanlıqla yerinə yetirmisiniz. Bu fəaliyyətinizə görə sizə yalnız təşəkkür düşür. Nə heç kimin qarşısında özünüzə bəraət qazandırmağa, nə də nəyəsə inandırmağa ehtiyac yoxdur".
Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti onların xidmətlərindən Əfqanıstandakı fəaliyyətləri başa çatandan sonra da istifadə edib, bu gün də istifadə etməkdədir:
"Siz Əfqanıstan müharibəsi bitəndən sonra Azərbaycan Milli Ordusunun yaradılması, formalaşması və torpaqlarının işğalçı Ermənistan qoşunlarından azad edilməsi istiqamətində, sözün həqiqi mənasında, qəhrəmanlıq nümayiş etdirmisiniz. 7 milli qəhrəman, 47 Azərbaycan bayrağı ordeni ilə təltif olunmağın nə demək olduğunu yaxşı bilirsiniz. Onu bilirəm ki, Əfqanıstan veteranları Əfqanıstanda öz əsgəri borcunu şərəflə yerinə yetirib və biz bu 9 min Azərbaycan vətəndaşı ilə qürur hissi keçiririk. Azərbaycan dövləti sizin qayğınızı çəkəcək. Siz Azərbaycanın gərəkli vətəndaşlarısınız. Əminəm ki, sizin təcrübənizdən Azərbaycanın bugünkü yeni, gənc nəslinin formalaşmasında, hərbi vətənpərvərlik tərbiyəsində də istifadə edəcəyik".
Digər Xəbərlər
2025-02-25 22:55:04

2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00
