"Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşməməsi yaxın gələcəkdə görüşün baş tutma ehtimalını sıfıra endirdi"
"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlər Bakıda olarkən bildirdi ki, Paris görüşünün davamı olaraq, Azərbaycan öz təkliflərini hazırlayaraq vasitəçilərə təqdim edib. Vasitəçilər Azərbaycanın təkliflərini Ermənistana çatdıracaqlar. Ermənistan təklifləri qəbul etsə, prezidentlərin görüşü baş tutacaq".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Ermənistanda xarici işlər naziri və prezidentlə görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda prezidentlərin görüşünün vaxtı və yeri barədə məlumat verilmədi, prezidentlərin görüşünə hazırlığın davam etdirildiyi bildirildi. Amerikalı həmsədr dərhal Serj Sarkisyanın tərəfini tutdu, S.Sarkisyanın görüşə hazır olduğunu bildirdi: "Az sonra hər iki prezident Soçi olimpiadasının açılışında iştirak üçün bu şəhərə səfər etdilər. RF Prezidenti Vladimir Putin də orada idi. Olimpiada dövrü həmişə sülh danışıqları üçün əlverişli vaxt və məkan hesab edilib. 3 prezidentin eyni vaxtda olimpiada keçirilən məkanda olmasına baxmayaraq, heç kəs, o cümlədən vasitəçilər prezidentlərin görüşü barədə təşəbbüs irəli sürmədilər. Azərbaycan xarici işlər nazirinin bəyanatını yada salaraq deyə bilərik ki, Ermənistan Azərbaycanın Böyük Sülh Sazişinin hazırlanmasının başlanmasına aid təklifini qəbul etmədi. Əgər Serj Sarkisyan Böyük Sülh Sazişinin hazırlanmasını destruktiv hesab edirsə, bu onun düşüncə tərzidir".
Politoloqun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri Soçi olimpiadası dövründə tərəflərin atəşkəs rejiminə əmək edəcəkləri ilə bağlı razılığın əldə olunduğunu bildirdilər və bunu vasitəçilər ciddi uğur kimi təqdim etməyə çalışdılar: "Az keçmiş Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmsədrlərlə görüşdə Azərbaycandan şikayət etdi. Sonra isə döyüşkən erməni gənclərin təşkilatlarının təmsilçiləri ilə görüşdə Azərbaycanı cəzalandırdıqlarını və bundan sonra da cəzalandıracaqlarını bildirdilər. Azərbaycan hərbçisi erməni snayperinin gülləsi ilə öldürüldü. Həmsədrlər heç bir münasibət bildirmədilər. Amerikalı həmsədr gecikməklə sıradan bir münasibət bildirdi. Soçi olimpiadası dövründə atəşkəs rejiminin pozulmasının günahkarının kim olduğu deyilmədi. Seyran Ohanyanın rəsmi etirafına baxmayaraq, vasitəçilər Soçi olimpiadasında atəşkəs rejimini kimin pozduğunu deyə bilmirlər".
Onun sözlərinə görə, Ermənistanın düşdüyü vəziyyət, hərbi cəhətdən Azərbaycandan geri qalması və bu geriliyin zaman keçdikcə Ermənistanın ziyanına daha da artması, Ermənistanın daxilindəki gərgin vəziyyət Ermənistan Prezidenti S.Sarkisyan üçün hərbi proseslərin aktivləşməsini həyati zərurətə çevirib: "S.Sarkisyan həmişə iri siyasi kampaniyalar dövründə müharibəni Ermənistan xalqının yadına salıb: 2008-ci ilin martında, 2012-ci il mayın 5-dəki parlament seçkilərində və 2013-cü ilin prezident seçkilərində belə olub. İndi də öz xalqını müharibə xofu ilə qorxutmaq istəyir. Bu, ermənilər üçün sınanmış üsuldur, müxalifətin güclənən mitinqlərinin qarşısını yalnız belə almaq olar. Serj Sarkisyanın bu siyasətinin mahiyyətini başa düşdüyü və qəbul etdiyi üçün Erməni Apostol Kilsəsinin başçısı II Qaregin də müharibəyə təşviq edən bəyanatlar verir".
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda sakitlik S.Sarkisyanın maraqlarına uyğun deyil: "Serj Sarkisyan təkcə hərbi atəşkəs rejimini pozmadı. O, çərkəz soyqırımının Ermənistan tərəfindən tanınmasını stimullaşdırmaqla siyasi atəşkəs rejimini də pozdu. Həm hərbi, həm siyasi atəşkəs rejiminin pozulması Soçi olimpiadası ilə eyni vaxta düşdü. Soçi olimpiadasının sonrakı dövrünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində qaynar aktiv dövr olacağını ehtimal etməyə əsas var".
Fuad
Digər Xəbərlər
2025-02-25 22:55:04

2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00
