Məhkəmədə nələr ortalığa çıxa bilər?
11:11 21-02-2014
CƏMİYYƏT
Məhkəmədə nələr ortalığa çıxa bilər?
Hazırlıq iclası fevralın 25-də keçiriləcək
Azərbaycan müxalifətinin tarixində ilk dəfədir ki, iki müxalifət lideri məhkəmə zalında görüşməli olacaq. Bu fakt ilk baxışdan normal hüquqi prosedur kimi görünsə də, məsələnin pərdəarxası məqamları daha çox maraq doğurur.
Belə ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev El Hərəkatı Məclisinin sədri Eldəniz Quliyev barəsində qaldırdığı iddianın siyasi çalarları hüquqi çalarlardan daha çoxdur. Əli Əliyev əvvəlcədən bildirmişdi ki, Milli Şura yarandığı gündən Rusiyanın layihəsi kimi ortalığa çıxıb və bu quruma cəmlənmiş qüvvələr Azərbaycanın milli maraqlarına ziyan vuran ünsürlərdir.
Eldəniz Quliyev isə hesab edir ki...
Xülasə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə şikayəti əsasında hazırlıq iclası fevralın 25-də keçiriləcək.
E. Quliyevin sözlərinə görə, dünən ona məhkəməyə çağırış vərəqəsi təqdim edilib.
Ə. Əliyev E. Quliyevlə bağlı Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri əsasında cinayət işi açılmasını və həbs edilməsini istəyir. Bu maddələr yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
El Hərəkatı Məclisinin sədri Eldəniz Quliyev məsələ il bağlı "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mətbuatda tez-tez özünü müxalifət qurumunun lideri kimi qələmə verir. Amma belə deyil. Bu məhkəmədə Azərbaycan ictimaiyyəti görəcək ki, Əli Əliyevin və onun başçılıq etdiyi Vətəndaş və İnkişaf Partiyasının arxasında qara bir əl durur".
Eldəniz Quliyev bildirdi ki, "Mən bu məhkəmə prosesində nə El hərəkatındakı mövqeyimə, nə də Milli Şuradakı mənsəbimə güvənəcəyəm. Adi bir vətəndaş kimi öz hüquqlarımı qorumağa cəhd göstərəcəyəm. Azərbaycan məhkəmələrinin ədalətli və yaxud ədalətsiz olması barədə fikir söyləmək niyyətində deyiləm. Mən, sadəcə, çalışacağam ki, mənə atılan böhtanların yalan olduğunu sübut edim".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə mövzu ilə bağlı "Unikal"a verdiyi sərt açıqlamada bildirdi ki, "Siyasətlə məşğul olmaq hərzə-hədyan danışmaq demək deyil. Təəssüf ki, Azərbaycan siyasətçilərinin leksikonunda bu tip ifadələrə tez-tez rast gəlirik. Mən Eldəniz Quliyev barəsində məhkəmə iddiası qaldırmaqla Azərbaycan siyasətçilərinin elementar etik normalara riayət etməli olduqlarını bir daha nümayiş etdirmək istəyirəm. Konkret olaraq, Eldəniz Quliyevə gəlincə isə, barəmdə işlətdiyi ifadələrə görə yazılmamış qanunlara əsasən bu adam yaşamamalıdır. Yazılmış qanunlara görə isə, yəni hüquqi müstəviyə keçərkən, barəmdə işlətdiyi ifadələrə görə qanuni cəzasını almalıdır".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16