Ruhsal enerjiyə ehtiyacı olan xalq
11:12 21-02-2014
CƏMİYYƏT
Ruhsal enerjiyə ehtiyacı olan xalq
Ermənilər indi də Qarabağ xalçalarına yiyələnmək niyyətindədirlər
Ermənilərin çox şeyə ehtiyacı var və onlar bu çoxsaylı ehtiyaclarını ödəməkdən ötrü istər-istəməz qonşuya üz tuturlar. Məsələn, torpaq, musiqi, xörək növləri, hətta bədii yaradıcılıq tərzi istəyirlər. Onların bizdən əxz etdikləri nəsnələr çoxdur. Bu sıraya daha bir fakt əlavə edilib. Belə ki Ermənistan mətbuatında "Qarabağ xalçaları" ilə bağlı xəbər yayılıb. "Qarabağ xalçası" təşkilatı yaradan ermənilər Qarabağ xalçalarının da onlara məxsus olduğu iddiasını irəli sürüblər.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva isə cavabında bildirib ki, "Qarabağ xalçaları haqqında kifayət qədər mənbələr var. Erməniləri tarixi oxumağa dəvət edirəm. Qoy tarixi mənbələrə müraciət etsinlər. Onda biləcəklər ki, "erməni xalçası" adlı anlayış ümumiyyətlə yoxdur".
Tağıyevanın sözlərinə görə, "XIX əsrdən başlayaraq Rusiya Qafqaza mütəmadi olaraq tədqiqatçılar yollayıb. Onlar da Qafqazda nə qədər xalq sənətkarı varsa, hamısını qeydə alıblar. Zedgenidze adlı bir tədqiqatçı Şuşada olub. O yazıb ki, "Ermənilər xalça toxumağı gərək azərbaycanlılardan öyrənsinlər". Tekstil muzeyinin direktoru Qrand Elif isə öz kitabında qeyd edib ki, "Biz sovet dövrünə kimi "erməni xalçası"nın nə olduğunu bilməmişik. Qarabağ xalçalarının hamısı Azərbaycana məxsusdur". Tədqiqatlardan biri yazıb ki, "Erməni xalçaları" əslində Şuşada azərbaycanlılar tərəfindən toxunub".
Niyə bu xalq özgəsinin sərvətinə çox asanlıqla göz dikə bilir? Bu xalqda çatışmayan nədir?
Azərbaycan Demokrat Partiyasının fəlsəfi araşdırmaları ilə diqqət çəkən sədri Sərdar Cəlaloğlunun "Unikal"a söylədiyinə görə, "Dünya xalqlarını yaradıcı və istifadəçi olmaqla iki qismə bölmək olar. Dünyanın qabaqcıl xalqları - ingilislər, fransızlar, türklər və s. yaradıcı xalqlar olub. Bu xalqların ortalığa qoyduğu incəsənət nümunələri, elmi kəşflər, sənaye texnologiyaları və hətta məişət texnikaları, ailədaxili münasibətlər sistemi digər xalqlar üçün etalon rolunu oynayıb. Bu baxımdan yanaşanda ermənilər mədəniyyətcə yoxsul xalqdırlar. Tarixə ekskurs etsəniz, görərsiniz ki, ermənilər erkən və orta əsrlərdə, hətta XIX-XX əsrlərdə də dünya ədəbiyyatına və mədəniyyətinə böyük simalar bəxş edə bilməyiblər. Yəni onlarda həmişə böyük bir mənəvi boşluq müşahidə olunub. Ona görə də məcburən Azərbaycan türklərindən çox şey mənimsəyiblər. Amma bu mənimsəməni səmimi şəkildə etmək və minnətdarlıqlarını bildirmək əvəzinə iddia edirlər ki, mənimsədikləri onların özlərinə məxsusdur".
Partiya sədrinin sözlərinə görə, "Dünya miqyasında yaradıcı xalqlara böyük önəm verilir. Ermənilər də bunu yaxşı bildiklərindən cəhd edirlər ki, guya öz mədəniyyət nümunələri ilə meydana çıxsınlar ki, onlar da dünyanın mədəni xalqlarından hesab edilsinlər. Bu cəhdlər isə, məlum olduğu kimi, plagiatçılıqla nəticələnir. Əslində, ermənilər yazıq xalqdırlar. Biz qonşu olaraq mədəniyyətlərindəki böyük boşluqları doldurmaq baxımından onlara çox köməkliklər edə bilərdik. Amma nə yazıq ki, Rusiyanın qoltuğuna girib çox şey öyrəndikləri Azərbaycan xalqına qarşı təcavüzkarlıq nümayiş etdirməyə başlayıblar".
Tanınmış filosof Niyazi Mehdi "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Tarixboyu müəyyən xalqlar digər yüksəksəviyyəli xalqlardan çox şey öyrəniblər. Amma bu öyrənmə bəzən oğurluq müstəvisinə keçir. Ermənilər bu baxımdan xüsusilə aktivdirlər. Onlar Azərbaycan mədəniyyətindən çox şey əxz ediblər. Hətta bu əxz prosesi o həddə çatıb ki, bizdən oğurladıqlarının tam şəkildə onlarınkı olduğuna inanmağa başlayıblar".
Filosofun müşahidəsinə görə, "Milli mədəniyyətlər arasında dəyərlərin mübadiləsi prosesi bütün dövrlərdə müşahidə olunub. Məsələn, tutaq ki, bir xalqın digər xalqdan nəyisə öyrənməsi təbii bir haldır. Lakin ermənilər başqa cür hərəkət edirlər. Yəni sadəcə, dirəşirlər ki, məsələn, ərik ermənilərin milli meyvəsidir və yaxud dolma onların milli xörəyidir".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11