İranın "İmam Xomeyni İmdad Komitəsi"nin nümayəndələri "Qaçqınkom"da olublar
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 19-da İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar həmin təşkilatın nümayəndələri ilə görüşüb.
Komitədən verilən məlumata görə, görüşdə Əli Həsənov ölkəmizin son illər dinamik inkişafından danışıb. Bildirib ki, respublikamızda fəaliyyət göstərən humanitar təşkilatların sayı getdikcə azalır, çünki Azərbaycan hökuməti onların gördükləri işləri artıq öz üzərinə götürüb. İndi yardımlar dünyanın daha çox ehtiyac duyulan ölkələrinə göndərilir.
Baş nazirin müavini, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda fəaliyyət göstərən 80 humanitar qurumdan bu qədər uzun müddət fəaliyyət göstərən təşkilat məhz İmdad Komitəsidir.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda İmdad Komitəsinin gördüyü işlər həmişə yüksək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra İmdad Komitəsi həmin ərazilərdə fəaliyyət göstərəcək ilk humanitar təşkilatlardan biri olacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb. Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb.
Bildirilib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Görüşdə qeyd edilib ki, Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri bütün ölkələr ilə, ilk növbədə, qonşularla dostluq, mehribanlıq şəraitində əməkdaşlıq etməkdir: "Bizim Türkiyə, İran, Rusiya və Gürcüstan kimi dost və qonşu ölkələr ilə mehriban münasibətlərimiz var".
Ümid edirik ki, işğalçı Ermənistan təcavüzkar siyasətindən əl çəkəcək, konstruktiv mövqeyə gələrək başa düşəcək ki, bu ölkə 20 ildə ancaq özünə ziyan vurub.
Səmimi qəbula və təşkilatın fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifər təşkilatın yaranma tarixi və fəaliyyəti barədə danışıb. Qonaq bildirib ki, komitənin fəaliyyəti həm də Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına, ikitərəfli strateji əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verib.
Sonda Əli Həsənov 20 ildən artıq müddətdə ölkəmizdə gördüyü işlərə görə İmdad Komitəsinə minnətdarlığını bildirib, təşkilatın rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53