Qaradağ rayonunda Xocalı faciəsi ilə bağlı konfrans
15:38 21-02-2014
CƏMİYYƏT
“Xocalıya Ədalət” kampaniyası: “Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II beynəlxalq konfrans keçirildi.
“Unikal”a daxil olan məlumatda qeyd edilir ki,21 fevral 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası: “Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik” mövzusunda II beynəlxalq konfrans keçirildi.Beynəlxalq konfrans çərçivəsində ölkəmizə Türkiyə, Moldova, Rusiya, Belarusiya, İsrail və Ukraynadan nüməyəndələr qatılmışdır.İlk öncə tədbirə gələn qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək tər gül dəstələri qoydular. Sonra Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etdilər.Tədbirə gəlmiş qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış oldular.Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Yeni Azərbaycan Partiyasının İcraçı katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov, Milli Məclisin deputatları Mixail Zabelin və Xanlar Fətiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, həmin akademiyanın tarix kafedrasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Bakı Dövlət Universitetinin dosenti Vüsalə Dadaşova, Türkiyədən siyasi elmlər üzrə fəlsəfə doktoru Tayfun Atmaca, Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu, Ukraynadan Rava-Ruska şəhərinin meri, Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Milli Akademiyasının Lvov Dövlət İdarəçiliyi Regional İnstitutunun aspirantı İrina Vereşyuk, İvano Frankovsk Milli Texniki Neft-Qaz Universitetinin dekanı, dosent Miraslov Pavloviç, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyyətinin üzvü Ayre Qut, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Belarus Ticarət-İqtisadi Universitetinin dosenti, “Strategiya” müstəqil analitik mərkəzinin eksperti Valeri Bondarenko rayon ictimaiyyəti iştirak edirdilər. İlk öncə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirildi.Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Bu qətliamın müəlliflərinin isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləri olduğunu bildirirərək, xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının hər il daha geniş miqyasda qeyd olunduğunu, fəlakət qurbanlarının xatirəsinin əziz tutulduğunu nəzərə çatdırmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilərək, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiyanın müəyyənləşdiyini vurğuladı. Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycan haqqında əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə təbliğat və təşviqatın aparılması, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunmasını mühüm amil kimi qeyd etdi.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirdi. Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulamışdır. Yenicə müstəqillik qazanan dövlətimizdə hökm sürən xaosun bir çox acı hadisələr yaşatdığını məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər bir çətinliyin geridə qaldığını qeyd etdi. Bu gün qüdrətlənən dövlətimizin qarşısında duran ən əsas vəzifənin ərazi bütövlüyümüzü bərpa etmək olduğunu söylədi. Milli Məclisin deputatı Səyavuş Novruzov bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətinin aşkara çıxmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Hətta adi müharibə qanunlarına belə riayət etməyən, yaşından asılı olmayaraq əliyalın, silahsız və köməksiz insanları vəhşicəsinə qətlə yetirən o dövrün imperiya qoşunu ilə erməni silahlılarının əsl məqsədi Azərbaycan xalqını mənəvi cəhətdən sındırmaq, onun döyüş ruhunu öldürmək idi.
Çıxış edənlər natiqlər Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu, Rava-Ruska şəhərinin meri İrina Vereşyuk və Milli məclisin deputatı Mixail Zabelin ermənilərin törətdiyi soyqırımı insan amansızlığının ən yüksək həddi kimi dəyərləndirdilər. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəltmək olduğunu vurğuladılar. Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Qarşımızda duran əsas vəzifələrdən biri də bu olmalıdır ki, bu cinayəti törədənlər qanun qarşısında cavab versinlər.
Daha sonra Aureliya Qriqoriu “Xocalı hadisələri-soyqırım aktı və dünya ictimaiyyətinin bu cinayətin pislənilməsində rolu”, Anar İsgəndərov “Xocalı soyqırımı Azərbaycan tarixşünaslığında”, Tayfun Atmaca “Beynəlxalq qeyri-hökümət təşkilatlarının Xocalı soyqırımına münasibəti”, İrina Vereşyuk “Xolokost, Qolodomor, Xocalı-bəşəriyyət əleyhinə soyqırım aktları”, Miroslav Pavloviç “1932-1933-cü illərdə Qolodomor-Ukrayna xalqının ən böyük faciəsidir” mövzularında çıxışlar etmişlər. Hər bir çıxış edən öz nitqində terrorun dininin və milliyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirmişdir. Elmi ədəbiyyatda belə müharibələrin, insanları qırılan tərəfdə qorxu, vahimə yaratmaq, mübarizə və döyüş əzmini qırmaq, həmin tərəfin əsgərlərini fərariliyə sövq etmək məqsədilə törədildiyi bildirilir. Bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlərin həllini gözlədiyi vurğulandı. Xocalı soyqırımına hələ də siyasi-hüquqi qiymətin verilməməsi tarixi ədalətsizlik olduğunu bildirilərək, Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyi qeyd olundu. Bu kimi cinayətlər və işğal nəticəsində həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyini qeyd edərək, həmçinin bu dəhşətli hadisə zamanı müxtəlif fiziki, mənəvi və maddi mərhumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağın zəruriliyini söyləndi.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29