Astarada həbslər və gərginlik
12:20 22-02-2014
CƏMİYYƏT
Astarada həbslər və gərginlik
“Unikal”ın proqnozları doğrulur
Ötən saylarımızda İran və Rusiya kəşfiyyatının Azərbaycanın cənub bölgəsində ikinci bölücülük ocağı yaratmaq üçün aktiv şəkildə fəaliyyət apardığından yazmış və mövzu barədə ekspertlərin şərhlərini də təqdim etmişdik.
Astaradan dünən gələn xəbərlər bizim proqnozlarımız təsdiq etməkdədir. Əvvəlcə xəbər: fevralın 17-də Astarada təhqir olunduqlarına görə aksiya keçirən Ərçivan qəsəbə sakinlərindən tutulanlar var. Onlardan biri İslam Partiyasının üzvü Famil Şükürovdur. Onunla bərabər adını dəqiqləşdirə bilmədiyimiz bir neçə nəfər də saxlanılıb.
Astaradan musavat.com-a verilən məlumata görə, tutulanlar buraxılmayıblar. Ərçivan qəsəbə sakinləri isə onları təhqir edən şəxsi cəzalandırılması tələbi ilə növbəti mitinqə cəhd edib. Amma kəndə xüsusi təyinatlılar və qara maskalılar cəlb olunub. Ona görə də qəsəbə əhlinin nümayişi baş tutmayıb.
Hazırda rayonda nisbi sakitlikdir. Astaranın icra başçısı Qəzənfər Ağayev isə gərginliyi səngitmək üçün vətəndaşlarla görüş keçirib. Görüşdə aksiya günü ərçivanlıların işlədiyi bazarın yanması da müzakirə olunub.
Ərçivan sakini Vaqif Əhmədoğlu isə açıqlamasında qeyd edib ki, əslində, burada sosial vəziyyətin acınacaqlı olması insanları ayağa qaldırıb. Sadəcə, “Odnoklassnik” sosial şəbəkəsində ərçivanlıların təhqir edilməsi tətikləyici hadisə olub.
Zənnimizcə, Ərçivan sakini Vaqif Əhmədoğlu bilərəkdən mətləbi başqa yönə istiqamətləndirir. Çünki: 1. Saxlanılan Famil Şükürov İslam Partiyasının üzvüdür; 2. Kəndə xüsusi təyinatlılar və qara maskalılar cəlb olunub.
Birinci fakt birbaşa İrana işarədir və Azərbaycandakı İslam Partiyasının hansı quşun yuvası olması barədə artıq şərhə ehtiyac da yoxdur.
İkinci fakt isə (“xüsusi təyinatlılar və qara maskalılar”) ondan xəbər verir ki, duruma ölkənin təhlükəsizlik strukturları müdaxilə etməli olub.
Doğrudanmı, bu gün Astarada baş verənlər adicə sosial sıxıntılarla bağlıdır?
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a söylədiyinə görə, “Respublikanın xüsusi xidmətləri son günlərdə Astara rayonunda baş vermiş insidentin əsil səbəbkarlarını müəyyənləşdiriblər və hazırda bu istiqamətdə profilaktik tədbirlər görülür. Narahatçılıq üçün ciddi əsaslar yoxdur. Lakin qeyd edilməlidir ki, İranla bağlı dairələr həmişə Azərbaycanda gərginlik ocaqlarının yaranmasına cəhd göstərir və çox ehtimal ki, bu dəfə də İransız ötüşmək mükün olmayıb.Astarada hadisə qeydə alınmazdan bir neçə gün əvvəl İranın Ermənistandakı səfiri Azərbaycanı hədələmişdi. Bu faktı da gözardı etmək olmaz”.
Politoloqun sözlərinə görə, “Astara rayonu kiçik bir rayondur və orada bu cür sistemli təxribatların təşkil edilməsi təəccüb doğurur. Əvvəlcə Ərçivan kəndinin bir qrup sakini sosial şəbəkədə kəndlərinin kimlər tərəfindənsə təhqir edilməsi bəhanəsilə Bakı-Asatara magistral yolunu bağlamağa cəhd edir. Bu cəhdin qarşısı alındıqdan sonra onlar rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyasına başlayırlar. Ardınca isə rayondakı bazarda qəflətən yanğın başlanır və bu paralellik rayon camaatında bir xof doğurur. Göründüyü kimi, ortalıqda artıq sistemli iş var imiş. Amma güman etmirəm ki, istər İran, istərsə də Rusiya ölkəmizin cənub bölgəsində hansısa xarakterdə gərginlik ocağı yaratmağa nail ola bilə. Birinci növbədə ona görə ki, cənub bölgəsində Azərbaycan türkləri ilə talışlar tam şəkildə iç-içə yaşayırlar, qaynayıb qarışıblar, bir-birinə qız alıb, qız veriblər və onlar arasında heç zaman gərginlik əlamətləri müşahidə edilməyib. İkinci tərəfdən, həmin bölgədə demoqrafik durum bərabər səviyyədədir”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə “Unikal”a bildirdi ki, “Ərçivan kəndinin camaatı Azərbaycan milli-azadlıq hərəkatı dövründə çox aktiv davranıb və həmin bölgədə böyük nüfuza malikdir. Ona görə də ərçivanlıların tələblərinə diqqətlə yanaşmaq lazımdır. Mən istisna etmirəm ki, bu durumun yaranmasında kənar qüvvələrin əli olmasın. Laki bununla belə hesab edirəm ki, respublika hökuməti həmin bölgədə son dərəcə incə şəkildə davranmalıdır və əhalinin sosial tələbləri yerinə yetirilməlidir”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49