“Azərbaycan 2020-ci ilədək enerji istehsalını artırmaq niyyətindədir”
12:35 22-02-2014
SİYASƏT
“Azərbaycan 2020-ci ilədək enerji istehsalını artırmaq niyyətindədir”
Azərbaycan gələcəkdə iri enerji ixracatçısına çevriləcək.
Bunu bu gün Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə jurnalistlərə aşıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ilə kimi enerji istehsalını artırmağı qarşıya məqsəd qoyub: “İlk olaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram hazırlanır. Bununla əlaqədar olaraq, bütün şəhər və rayonlarda sənayenin inkişaf etdirilməsi planlaşdırılır”.
Nazir deyib ki, regionlarda sənaye sektorunun inkişafı şübhəsiz ki, energetikanın daha çox inkişaf etməsini tələb edir: “Azərbaycanda energetikanın istehsal gücü təxminən 7 min MVt-ı ötüb. Çalışırıq ki, 2020-ci ilə kimi bunu artıraq”.
N.Əliyev qeyd edib ki, Azərbaycanda enerjiyə olan tələbat tam həcmdə daxili istehsal hesabına ödənilir: “Biz Rusiya ilə xətlərimizi birləşdirmişik. Öz ərazimizdə bütün işləri görmüşük, 500 KVt-luq xətlər və yarımstansiyalar tikilib. Rusiya və Azərbaycan arasında paralel rejim şəraitində enerji sistemlərinin işlənməsi üçün ötən il saziş imzalanıb”.
Nazir bildirib ki, vaxtı ilə bu işlər Azərbaycan-İran sərhədində də görülüb: “Bu gün sistem artıq tam hazır vəziyyətdədir və yalnız müəyyən təşkilati işlər qalıb. Gürcüstanla Azərbaycan arasında da 500 KVt-luq Samux-Qaradabani elektrik xətti çəkilib və bu xətt də artıq işlək vəziyyətdədir”.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35