İslam Partiyası yenə aktivləşir
10:52 25-02-2014
SİYASƏT
İslam Partiyası yenə aktivləşir
Avropa Olimpiadasına qarşı təxribatlar olacaq
Astarada baş verən gərginliyin deyəsən iç qatı yavaş-yavaş aydınlaşır. Elə İslam Partiyasının yaydığı bəyanatda bunu təsdiqləyir. Gəlin öncəliklə bəyanatda göstərilənlərə diqqət ayıraq. Azərbaycan İslam partiyası (AİP) Astara rayonunda baş verən hadisə və həbslərlə bağlı bəyanat yayıb.
Bəyanatın yayılmasına səbəb bir həftə öncə sosial şəbəkələrdə Astara sakinlərinə yönəlik təhqiredici məlumatın yer alması, rayonun Ərçivan qəsəbə sakinlərinin rayon rəhbərliyinə bu təxribatçının tapılması tələbini cavabsız qoymasıdır. AİP yaydığı bəyanatda yerli icra hakimiyyətlərini yerlərdə əhalinin sosial həyat şəraitini yaxşılaşdırmamaqda, insanları işlə təmin etməməkdə, onları narahat edən problemləri aradan qaldırmamaqda ittiham edir. Sənəddə yerli hakimiyyət orqanları diqqəti vəzifələrini yerinə yetirməmələrindən yayındırmaq üçün təxribatçılara qoşularaq əhalini qorxu və xof altında saxlamağa çalışmaqda da suçlanırlar.Son olaraq müəlliflər problemin aradan qaldırılması, həbs olunan şəxslərin azad olunmaları üçün dövlət rəhbərliyinin müdaxiləsini vacib və məqbul sayırlar.Maraqlıdır, ölkədə yüzlərlə hadisə baş versədə İslam Partiyası bu olaylara ən yaxşı halda sadəcə olaraq biganə qalır. İndi hansı səbəbdən bir kənddə baş verən hadisəyə bu qədər həssaslıq nümayiş etdirilir? Bu suala cavab tapmaq üçün İslam Partiyasının fəaliyyətini izləmək kifayət edər. Hələ 20 il öncə İslam Partiyası rəsmi şəkildə bağlanıldı və rəhbərliyi həbs olundu. Onda konkret dəlillərlə sübut olundu ki, İslam partiyası bir başa İrandan maliyyələşir və məqsəd hakimiyyəti ələ alaraq şəriət ölkəsi yaratmaq idi. Ən gülməlisi isə bu idi ki, İslam partiyasının o zamankı rəhbərliyi Azərbaycanı müstəqil dövlət kimi tanımırdı və İranın bir əyaləti kimi qəbul edirdilər. Bütün bunlara görə də partiyanın fəaliyyətinə xitam verildi. Amma yenə də qeyri-rəsmi olaraq partiyanın fəaliyyəti İran tərəfindən bərpa edildi və demək olar ki, bundan sonra İran açıq şəkildə partiyanı himayə etməyə başladı. İslam partiyası isə sadəcə olaraq İranın maraqlarına cavab verəcək olaylar baş qaldıranda aktivləşir və sonra yenidən diqqət mərkəzindən çəkilirlər. Görünür yenə də İslam partiyası sifariş alıb və bu bəyanatla sifarişi həyata keçirirlər. Bunu da qeyd edək ki, son zamanlar ölkədə dini radikalizm müşahidə edilməkdədir və xəvaric adlanan qrup açıq şəkildə Azərbaycanı terrorla hədələyir. Həmçinin yüzlərlə gənc Suriyaya döyüşlərə göndəriliblər və onlarda bir təhlükə olaraq qalmaqdadır. Görünür ölkədə dini müstəvidə gərginliyin artmasından İranda öz məqsədləri üçün yararlanmağa hazırlaşır və bu məqsədlə İslam Partiyası yenidən meydandadır. Ekspertlər bunu da bildirir ki, İranın hazırda cənub bölgəsində böyük dayaqları var və zaman-zaman bu dayaqlardan yararlanır. Maraqlıdır ki, İrana bu və ya digər şəkildə bağlılığı olan ruhanilərdə axır vaxtlar aktivləşiblər və müxtəlif fətvalar səsləndirirlər. Ekspertlər hesab edir ki, İran üçün bu gün Azərbaycanda təriqətlərarası savaşın başlaması çox vacibdir. Çünki belə bir gərginlik yaranarsa ciddi fəsadlar ortaya çıxacaq. Belə ki, ölkə əhalisinin 80 faizi şiədir və bu qədər toplumu məqsədli şəkildə ayağa qaldırmaq hətta itaətsizliklə də sona çata bilər. Bu isə regionda durumun dəyişməsi ilə tamamlana bilər. Ekspertlər hesab edir ki, bu səbəbdən İslam partiyasının və digər qruplaşmaların fəaliyyəti ciddi şəkildə yenidən təftiş olunmalıdır. Ən maraqlısı isə budur ki, İran Azərbaycandakı tərəfdarlarını “İmdad” təşkilatının Bakıdakı fəaliyyətinə son veriləndən sonra aktivləşdirib. Əksər müşahidəçilər hesab edirdi ki,bu təşkilat hümanitar təşkilat olsada əsas missiyası yaratdıqları qruplaşmaların əlaqələndiricisi missiyasını həyata keçirirdi. Görünür bu təşkilatın fəaliyyətinə Azərbaycanda xitam vermək İranı qıcıqlandırır və bu səbəbdən süni şəkildə gərginliklər yaradılır. Ekspertlər bildirir ki, çox böyük ehtimal ki, bu gərginliyi artırmaq üçün Bakı kəndlərindən də
istifadə olunacaq. Bunu unutmayaq ki, 2015-ci ildə Avropa Olimpiadası keçiriləcək və çox böyük ehtimal ki, İran buna görə də Azərbaycanda problemlər yaratmağa çalışacaq. Necə ki, ötən il “Eurovision” mahnı yarışması başlanan ərəfədə İran bütün gücünü səfərbər edərək bu beynəlxalq tədbiri pozmağa çalışmışdı. İstisna edilmir ki, yenə də bu olay təkrarlanacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35