Deputata cinayət işinin açılması tələb olundu
Deputata cinayət işinin açılması tələb olundu

Zeynəb Xanlarova ilə Şeyxin qudası üz-üzə gəldi

Milli Məclisin plenar iclası olub. Parlament üzvləri ilk olaraq Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad edib. Daha sonra spiker Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məsələyə toxunub və bildirib ki, Honduras, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sərəncamı ilə Xocalıda baş verilmiş qanlı qətliamı dünya əhalisi soyqırım kimi tanıyırlar.

“Rumıniya, Bosniya və Hersaqovina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20 yaxın ştatında icra və qanunverici orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bunlar Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrəsidir. Eyni zamanda digər dövlət orqanlarının, o cümlədən Milli Məclisin, QHT-lərin əməyinin nəticəsidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İslam Əməkdaşlıq Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kompaniyası real və konkret nəticələr verməkdədir. Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Xocalı soyqırımı təşkilatçıları öz cəzalarını alacaqlar. Gündən-günə həm siyasi, həm iqtisadi çəkisi artan Azərbaycan əminik ki, həm Dağlıq Qarabağı, həm də ətraf 7 rayonu azad edəcək”.

Deputat islam
ölkələrini ittiham etdi

“Ermənilərə tək Rusiya yox, həm də islam ölkələri kömək edir”. Bu barədə millət vəkili Qüdrət Həsənquliyev bildirib. O, beynəlxalq aləmin ədalətsizliyindən danışıb. Qeyd edib ki, ATƏT-in Minsk qrupuda daxil olmaqla ABŞ , Rusiya və Fransa ermənipərəst mövqe tutur, Azərbaycana qarşı bu qədər qətliam və işğal faktı olsa da onlar susurlar, günahkarın cəzalanmasında maralı deyillər.
“Halbuki, həmin öləkələrə qarşı bu addımı kimsə atarsa həmin adamı tapıb cəzalandıracaqdılar. Biz ATƏT-in Mins qrupunun yarıtmaz fəaliyyətini pisləməliyik. Belə davam edərsə işğal faktı hələ 20 il də davam edər”.
Deputat islam ölkələrinin əməkdaşlıq təşkilatını tənqid edib. “Islam əməkdaşlıq təşkilatı ölkələrinin isə kömək gözləməyə dəyməz. Çünki bu ölkələr siyasi mövqe nümayiş etdirmirlər, dağınıq haldadırlar. Ermənistanın bu gün ayaq üstə qalmasında səbəbkar Rusiyadan çox islam ölkəsi olan İrandır. Məsçidləri dağıtmış ölkə ilə həm iqtisadi, turizm, digər sahədə əməkdaşlığı genişləmdirir”-deyə deputat vurğulayıb.

“Avropa Şurasının
qarşısında Xocalı
ilə bağlı vərəqələr
paylamalıyıq”

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb. Deputat bunun üçün əlimizdə Xocalı faciəsi ilə bağlı xeyli materialların olduğunu vurğulayıb.
“Biz Avropa Şurasında təbliğatı düzgün qurmalıyıq. Məsələn, PKK terrorçuları orada parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik”. Millət vəkili Azərbaycan və Türkiyənin birgə hərəkət etmələrini bildirib. Bu həm Xocalı faciəsi, həm də 24 apreldə davam edə bilər.

“Radikal müxalifət Xocalı soyqırımı
ilə bağlı bir tədbir
keçirməyib”
Millət vəkili Siyavuş Novruzov müxalifət siyasi partiyalarının Xocalı soyqırımı ilə bağlı tədbir keçirməməsi məsələsinə toxunub. YAP-ın icra katibinin müavini deyib ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir:
“Amma nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyiblər. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır”.

“Xocalı abidəsi”
Şəhidlər Xiyabanına köçürülməlidir”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Xətai rayonunda yerləşən “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib.
M. Qurbanlı hesab edir ki, Xocalı soyqrımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: “Ana harayı” abidəsi Şəhidlər Xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər”.

“Ceyhun Osmanlı
cinayət məsuliyyətinə cəlb olunsun”

Millət vəkili İqbal Ağazadə həmkarı Ceyhun Osmalının jurnalistin səs yazısını yazması və onu Baş Prokurorluğa təqdim etməsi bağlı məsələ qaldırıb.
Millət vəkili qeyd edib ki, 2009- cü ildə keçirilən referendumda Konstutisyaya 32-ci maddəsinə edilən dəyişikliyə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kim şəxsi xəbərivəri olmadan və yaxud etirazına baxmayaraq izlənilən bilməz, video foto çəkilməsinə və səs yazısı yazıla bilməz. Və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Təəssüf edirəm ki, parlamentin deputalarının əksəriyyəti bu dəyişikliyə səs verib. Sonra o, referendumda qəbul edilib. Bunu referendumda qəbul edib Konstutusiya normasına çevriməyimizə baxmayararq bu günlərdə deputat həmkarmız Ceyhun Osmalı bir jurnalistin səsini yazıb və həmin telefonu Baş Prokurorluğa təqdim etməsinə dair açıqlama verib. Azərbaycan Konstitusiyasına və qanunlarına Milli Məclis üzvü tərəfindən həqarət olunub. Nəinki hüquqi həttta mənəvi baxımdan da bunu qəbul etmək mümkün deyil. Bu çox eybəcər tendensiyadır. Hesab edirəm ki, deputat buna təkzib verməlidir ki, belə bir hərəkət etməmişəm. Əgər edibsə Konstutisiyanı pozduğuna görə Cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Spiker isə İqbal Ağazadəyə "Bununla bağlı əlində sübut varmı?" sualını ünvanlayıb:
"Siz millət vəkilisiniz, hakim deyilsiniz. Sizin əlinizdə sübut varmı ki, bu telefon verib? Sübut tələb edən məsələləri Milli Məclisn gündəminə gətirmək bizim səviyyəmizə uyğun deyil. Niyə artıq söhbətlər yaradırsınız".
Milli Məclisin deputatı Fəzail Ağamalı həmkarı Ceyhun Osmanlıya qarşı parlamentdə səslənən ittihamları tənqid edib.O, deputat Ceyhun Osmanlının jurnalist Xədicə İsmayılın səs yazısının prokurorluğa təqdim etməsini dəstəkləyib.
“Ceyhun Osmanlı Azərbaycan dövləti üçün çox əhəmiyyətli olan bir məsələnin səsyazısını lentə köçürüb. O həmin jurnalistin şəxsi həyatını lentə almayıb, onun evində çəkiliş etməyib, onun sevgi məcaralarını çəkməyib. Nə edir, düz edir. Hesab edirəm ki, azərbaycanlı olan hər bir Azərbaycan vətəndaşı bunu etməli idi”.
“Mən təəssüf edirəm ki, dünya azərbaycanlıların Xocalıda soyqırımını müzakirə etdiyi bir vaxtda İqbal Ağazadə erməni mətbuatının qəhrəmanlarından olan Xədicə İsmayılı müdafiə edir”.Bunu millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib.
O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: “Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisindəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"

“Qağayılar artıq
suya qona bilmir”

“Nabrandan Lənklərana qədər Xəzər dənizinin sahilindəki obyektlərə və istirahət parklarına nəzər salsaq görərik ki, burada çirklənmiş sular təmizlənmədən dənizə axıdılır. Belə olan halda biz protokolu qəbul etsək də bunun heç bir xeyri olmayacaq”.B u sözləri də Fəzail Ağamalı Xəzər dənizinin çirklənmədən qorunması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat bununla bağlı qəbul olunmuş qanunlara əməl olunmadığını bildirb.
“Bizə verilən nemət bəlaya cevriləcək. Çünki qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçursa deməli cirklənib. Xahiş edirəm imkanlarınızdan və səlahiyyətinizidən istifadə edib cirklənməni dayandırın. Bizim sözlərə, qaldırdacağımız məsələlərə diqqət edən yoxdur. Mən bu protokolu icra olunduğu təqdirdə alqışlayıram”.

Zeynəb Xanlarova ilə Şeyxin qudası üz-üzə

Milli Məclisin iclasında millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanın Xəzər dənizinin sahilinin zəbt edilməsi ilə bağlı fikirləri həmkarı tərəfindən etirazla qarşılanıb.
Millət vəkili Zeynəb Xanlarova parlamentin iclasında Nardaran camaatının problemlərini diqqətə çatdırıb.Millət vəkili ilk öncə ölkə prezidentinə onların problemlərinin həllində yaxından diqqət göstərdiyinə görə, minnətdarlığını bildirib: “Mən Naradaranın işıq, qaz, su problemlərini cənab Prezidentin nəzərinə çatdırdım. O da sağ olsun ki, bu məsələyə çox böyük diqqətlə yanaşaraq onların həlli istiqamətində addımlar atdı. Bu gün bu məsələdə artıq ciddi problem yoxdur”.
Lakin xalq artisti başqa problemə toxunub. Onun fikrincə, bu, daha vacib problemdir:
“Bu gün Nardaran camaatını daha çox dənizin sahillərinin imkanlı adamlar tərəfindən hasarlanması narahat edir. Maştağa tərəfdə evlər tikilib, hasar çəkilib. Camaat ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar, bəs dənizi niyə alırlar? Tikiblər, sağlıqlarına qismət. Amma hasarlarla dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var, evi hasara alsınlar, bir də var, dənizi hasara alıblar. Niyə belə ediblər? Onu istəyirlər ki, xalq ayağa qalxsın, külünglə gedib onları sındırsınlar? Biz xalqı güclə sakitləşdiririk ki, belə şeylər olmasın. Niyə belə edirlər? Mən qorxuram ki, camaat ayağa qalxsın. Nardaran camaatı "mən öl-sən öl" qəbul etmirlər. Məndən deməkdir. Nardaran camaatı da bilsin ki, mən onların problemini qaldırdım”.
Millət vəkilinin bu fikriləri onun həmkarı Qalib Salahzadə tərəfindən etirazla qarşılanıb. O, qeyd edib ki, Zeynəb Xanlarovanın dediyi ərazi heç də Nardarana və Maştağaya aidiyyəti yoxdur:
“Zeynəb xanımın dediyi torpaqlar Bİlgəh torpaqlarıdır. O tarpaqların Nardaran camaatına heç bir aidiyyəti yoxdur. Vaxtilə İskəndər deyilən adam oranı alıb, hasar çəkib. Buna etirazımız yoxdur. Deyilən torpaqlar Bilgəh torpaqlarıdır, heç kimin də buna etirazı yoxdur”.
Hüseyn İsgəndərov