Ziya Məmmədov Arif Əsgərovun istefa ərizəsini niyə qəbul etməyib?
11:14 27-02-2014
İQTİSADİYYAT
Ziya Məmmədov Arif Əsgərovun istefa ərizəsini niyə qəbul etməyib?
Nəqliyyat nazirinin Arif Əsgərov qarşısında qoyduğu şərtlərin təfərrüatları “Unikal”da...
Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Arif Əsgərov uzun müddətdir ki, uğursuzluq zolağından çıxa bilmir. Son illərə qədər karyerasında hansısa ciddi problemlər yaşamayan Arif Əsgərov hazırda çox ciddi çətinliklər məngənəsində sıxılmaqdadır. Belə ki, onun rəhbərlik etdiyi QSC-də ciddi maliyyə maxinasiyalarının aşkarlanması, buna görə həbslərin aparılması isə onsuz da ağır olan durumu bir qədər də dramatikləşdirib.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs edib. R.Hüseynov 48 milyon manatlıq yeyintidə ittiham olunurdu. Maraqlı məqam isə həm də ondan ibarətdir ki, iri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri Arif Əsgərovun yaxın qohumudur. Amma başladılan təhqiqat zamanı QSC sədrinin digər yaxınlarının da bu cinayətdə əlinin olduğu qənaətini möhkəmləndirdi.
Belə ki, həbs olunan Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qoşulub. O da məlum olub ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağında 50-yə yaxın sahibkar zərər çəkib. Bu fırıldaqda isə bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o, atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Daxil olan məlumatda bildirilir ki, E.Əsgərov, həmçinin Rahib və Emin Hüseynov qardaşları sahibkarlara cəmi 48 milyon manat borclu qalıb. Dəfələrlə müraciət etmələrinə və dəmir yolunun rəhbərliyi ilə danışıqlar aparmalarına baxmayaraq, onların pullarını qaytaran olmayıb. Eyni zamanda bundan əlavə digər yeyintilərin və maliyyə maxinasiyalarının aşkarlanması isə qohumları ilə yanaşı Arif Əsgərovun özünü də çıxılmaz duruma salıb.
“Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, yuxarıda geniş bəhs etdiyimiz maxinasiyalar və digər açıqlanmayan daha ciddi səbəblər üzündən artıq hakimiyyət düşərgəsindəki etimadını tam itirən Arif Əsgərov ətrafında baş verənlərin heç də yaxşı perspektiv vəd etmədiyini nəzərə alaraq sakitcə aradan çıxmaq qərarına gəlib. Belə ki, özünə və digər yaxınlarına qarşı ciddi hüquqi addımların atılacağından əndişələnən Arif Əsgərov tutduğu vəzifədən istefa vermək qərarına gəlib. Qəzetimizi məlumatlandıran hökumət içindəki mənbənin sözlərinə görə, müxtəlif zamanlarda 2 dəfə nəqliyyat naziri Ziya Məmmədovun adına istefa ərizəsi yazan Arif Əsgərovun bu xahişi hər dəfəsində rədd edilib.
Mənbə iddia edir ki, nəqliyyat naziri Ziya Məmmədov Arif Əsgərova açıq şəkildə bildirib ki, həm sözügedən 48 milyon manat, həm də hələlik mətbuata bəlli olmayan digər yeyinti məbləğləri ödənməmiş onun istefası mümkün deyil. Nazir elə bunu əsas gətirərək onun istefa ərizəsini imzalamadığını bildirilir. Odur ki, indi Arif Əsgərovun 2 yolu var: ya tələb olunan məbləğ ödənməli, ya da proseslər daha təhlükəli məcrada inkişaf etməlidir. Mənbəmiz Arif Əsgərovun birinci variantla razılaşdığını və mənimsənilən böyük məbləğli vəsaitin geri ödənməsinə hazır olduğunu bəyan edib. Amma hətta bu halda belə Arif Əsgərovun və yaxınlarının öz təhlükəsizliklərini tam şəkildə təmin edəcəklərini proqnozlaşdırmaq o qədər də asan deyil.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53